150 min avroluq dələduzluqda şübhəli azərbaycanlı Monteneqroda saxlanıldı

150 min avroluq dələduzluqda şübhəli azərbaycanlı Monteneqroda saxlanıldı
14.07.2026 18:48

Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı sorğu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Tuqay Coşqun oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Tuqay Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilir.

İttihama əsasən, o, zərərçəkmiş şəxsi xarici ölkələrdə yerləşən universitetlərin magistratura pilləsinə qəbul olunmasına köməklik göstərəcəyi vədi ilə aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 150 min avro məbləğində pul vəsaitini ələ keçirməkdə şübhəli bilinir.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Tuqay Hüseynov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub, onun istintaqdan yayındığı nəzərə alınaraq Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində Tuqay Hüseynov Monteneqro Respublikasının ərazisində müəyyən edilərək saxlanılmışdır.

Hazırda onun Azərbaycan Respublikasına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin xarici dövlətlərin ərazisində müəyyən edilərək saxlanılması və onların Azərbaycan Respublikasına ekstradisiyasının təmin edilməsi məqsədilə xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə səmərəli əməkdaşlığını davam etdirir.

XƏBƏR LENTİ
14 IYUL 2026
ABŞ İranın su və elektrik infrastrukturunu hədəf aldı 19:54 Netanyahu İranı hədələdi: “Cavabımız daha güclü olacaq” 19:43 Tramp: “Hörmüz təkcə bir ölkə üçün bağlıdır” 19:37 Tramp fikrini dəyişdi: 20 faizlik rüsum nədir ki… 19:23 Sürücülərə ŞAD XƏBƏR: Bu yollarda təmir işləri bitdi 19:12 Gəncədə daha bir yas mərasimində kütləvi zəhərlənmə baş verdi 19:06 Hər kəs Trampın bu təkrar paylaşımından danışır - FOTO 18:54 150 min avroluq dələduzluqda şübhəli azərbaycanlı Monteneqroda saxlanıldı 18:48 Qarabağ separatçılarının apellyasiya prosesi davam edir 18:39 İran İordaniyaya raket zərbələri endirir - TƏCİLİ 18:30 Ukrayna ilk dəfə bu silahları alacaq - Fransa dəstək olur 18:21 Bu yollarda tıxac var - SİYAHI 18:09 Vaxt çatdı! - Almaniya Rusiya və Ukraynaya çağırış etdi 17:52 "Beşiktaş" Leandro Trossardın transferini açıqladı 17:43 Tehrandan Trampa sərt XƏBƏRDARLIQ: Cavabımız qətiyyətli olacaq! 17:30 Yəməndən Səudiyyəyə ağır hədə: Dünyanın ən böyük neft emalı mərkəzi hədəfdə 17:23 Azərbaycanlı cərrah alman naziri əməliyyat etdi, qarşılığında ölkəsinə 40 milyon dollarlıq yardım aldı 17:15 Yaponiyada "fəlakət ssenarisi" işə düşdü, xəstəxanalar dolur 17:09 Ermənilər İlqar Mirzəyevlə Polad Həşimovun nəşini götürmək istədilər - Əsgərlər sinələrini düşmən artilleriyasının qabağına verdilər 17:05 BMW-dən TƏCİLİ geri çağırma qərarı – Hər an yana bilərlər 16:39 Ermənistan sürətlə qocalır, kiçilir 16:50 "Netanyahuya səs verməyin!": Ərəb şərhçilərindən israilli seçicilərə müraciət 16:43 Azad edilmiş ərazilərdə qadınların məşğulluğu niyə geridə qalır? - AÇIQLAMA 16:37 Lavrov son anda Türkiyəyə müraciət etdi - "Biz qaz göndəririk, Ukrayna bombalayır"... 16:34 Rusiyada hakimiyyət dəyişikliyinin ayaq səsləri eşidilir - Pekin kəşfiyyatı özünü ələ verdi 16:16 Bütün Xəbərlər