Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin hazırda Rusiya ilə danışıqlar tələb etdiyini, lakin əvvəlki illərdə buna qarşı çıxdığını iddia edib.
TodayPress TV xəbər verir ki, Lavrov bu barədə "Primakov qiraətləri" beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, Ukrayna tərəfi daha əvvəl Rusiyanın danışıqlarla bağlı təkliflərinə reaksiya verməyib və 2025-ci ilin payızında bu prosesdə maraqlı olmadığını bəyan edib.
Lavrov bildirib ki, 2023–2025-ci illərdə Zelenski və Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinlə heç bir danışıqlar aparılmayacağını dəfələrlə bəyan ediblər.
Rusiya XİN başçısı, həmçinin iddia edib ki, Zelenski hazırda Avropa ölkələrinə təsir göstərir və ABŞ-yə də təsir etməyə çalışır.
Qiymət Mahir