Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı

Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı
24.06.2026 16:15 Cəmiyyət

Azərbaycanda 65 yaş və daha yuxarı yaşlı şəxslər ən çox Sumqayıt şəhərindədir. Onların sayı 44 415 nəfər təşkil edir.

TodayPress TV xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ümumilikdə Azərbaycanda 2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə olan məlumata görə ölkədə yaşı 65 və yuxarı olan şəxslərin sayı 1 milyon 86 min 340 min nəfərdir ki, bu da ölkə əhalisinin 10,6 %-ni təşkil edir.

Gəncə qeyd olunan yaş qrupuna daxil olan şəxslərin yaşadığı ikinci şəhərdir. Burada onların sayı 39 934 nəfər təşkil edir.

Bakının Xətai rayonu 39 081, Abşeron rayonu 38 794, Bakının Nəsimi rayonu 38 175 nəfərlə ilk beşlikdə yer alırlar.

Sabunçu rayonu 34 314 nəfərlə, Binəqədi rayonu 33 77 nəfərlə, Yasamal rayonu 31 302 nəfərlə, Suraxanı rayonu 27 210 nəfərlə, Lənkəran 23 769 nəfərlə müvafiq olaraq ilk onluqda yer alıblar.

Azərbaycanda 65 və daha yuxarı şəxslərin ən az yaşadığı 10 rayon isə belədir:

Xankəndi (485), Ağdərə (1207), Naftalan (1217), Xocavənd (1172), Xocalı (1492), Xızı (1825), Bakının Pirallahı rayonu (2618), Şuşa (2739), Daşkəsən (2956), Şahbuz (2989).

Sözügedən qrup əhalinin iqtisadi zonalara bölgüsünə gəlincə, bu kateqoriyadan olanların sayına görə, ilk yerdə 298 079 nəfərlə Bakı şəhəri dayanır.

Abşeron-Xızı iqtisadi rayonu 85 034 nəfər, Lənkəran-Astara iqtisadi rayonu 84 398 nəfər, Mərkəzi Aran iqtisadi rayonu 72 972 nəfər, Qazax-Tovuz iqtisadi rayonu üzrə 71 725 nəfərlə ilk beşlikdə dayanır.

Bundan başqa, Qarabağ iqtisadi rayonunda 65 nə daha yuxarı vətəndaşların sayı 72 111 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 70 772 nəfər, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 68 134 nəfər, Quba-Xaçmaz iqtisadi rayonu 56 922 nəfər, Naxçıvan iqtisadi rayonu 49 838 nəfər, Şirvan-Salyan iqtisadi rayonu 49 122 nəfər, Mil-Muğan iqtisadi rayonu 46 879 nəfər Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 31 133 nəfər dayanır.

Yuxarıda adı çəkilən yaş qrupu üzrə ən az şəxs 29 221 nəfərlə Şərqi Zəngəzur iqtisadi rayonundadır.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 Bütün Xəbərlər