Yaroslavl vuruldu: Moskvaya çıxış məhdudlaşdırıldı -VİDEO
Rusiyanın Yaroslavl vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən Moskvaya doğru şəhərdən çıxış istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev məlumat verib.
Bildirilib ki, Moskovski prospekti ilə Cənub-Qərb Dairəvi Yolunun kəsişməsində hərəkət dayandırılıb. Məhdudiyyətlər dron təhlükəsi ilə bağlı xəbərdarlıq ləğv edilənədək qüvvədə qalacaq.
Həmçinin Yaroslavl hava limanında eniş və uçuşlar dayandırılıb. Bundan başqa, Ufa, Kazan, Samara, Saratov, Nijni Novqorod, Penza və bir sıra digər şəhərlərin hava limanlarında da müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
Jalə Rövşən