Yaponiya sakinlərə 16,3 milyon dollar təzminat verəcək

Yaponiya sakinlərə 16,3 milyon dollar təzminat verəcək
29.01.2026 17:38

Yaponiya məhkəməsi ABŞ Hərbi Hava Qüvvələrinin Okinavadakı Kadena bazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə hökumətin yerli sakinlərə təxminən 16,3 milyon dollar təzminat ödəməsinə qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Stars and Stripes" məlumat yayıb.

Məhkəmə hesab edib ki, təyyarə səs-küyü sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, onlarda əsəbilik, yuxu pozğunluğu, narahatlıq və mümkün təyyarə qəzaları ilə bağlı psixoloji stress yaradır.

Qərara əsasən, sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadək dəymiş zərərə görə kompensasiya alacaqlar. Ödəniləcək məbləğ hər bir sakinin hava bazasına yaxınlığına və səs-küyə məruz qalma səviyyəsinə görə dəyişəcək.

Məhkəmə ABŞ Hərbi Hava Qüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbini isə rədd edib. Bildirilib ki, Yaponiya hökumətinin buna hüquqi səlahiyyəti yoxdur.

İddiaçılarının sayı 5 mindən çoxdur, lakin kompensasiya alacaq şəxslərin dəqiq sayı hələ məlum deyil.

Qeyd edək ki, Kadena ABŞ-nin ölkə xaricində yerləşən ən böyük hava bazasıdır. Okinava sakinləri 1980-ci illərdən bəri bazadan qalxan təyyarələrin səs-küyündən şikayət edir və dəfələrlə məhkəməyə müraciət ediblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Rusiya və Ukrayna arasında 103-ə 103 hərbi əsir mübadiləsi 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 Bütün Xəbərlər