Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur

Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur
23.06.2026 20:30

ABŞ İsveçrədə keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların icrasını davam etdirəcək və bu çərçivədə Livan və İranla birlikdə atəşkəs rejiminin möhkəmləndirilməsi, müvafiq tədbirlərin icrasına nəzarət məqsədilə birgə qrupun yaradılması da nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aunun ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə telefon danışığının yekunlarına dair məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda gələcək qrupun işinin təşkilati aspektləri və formalaşdırılması qaydası üzərində iş aparılır.

Söhbət zamanı Vens və Rubio İsveçrədə əldə edilmiş razılaşmaların sonrakı icrasının zəruriliyini vurğulayıblar.

Cozef Aun Livandakı vəziyyətə göstərilən diqqətə və "Hizbullah"la İsrail arasında müharibənin dayandırılmasına, dövlət hakimiyyətinin möhkəmləndirilməsinə və Livanın qərarlarının müstəqilliyinin təmin edilməsinə yönəlmiş səylərə görə ABŞ tərəfinə təşəkkür edərək bildirib ki, suverenliyin, vətəndaşların ləyaqətinin və təhlükəsizliyinin qorunması üçün müstəsna məsuliyyət məhz dövlətin üzərinə düşür.

Qeyd edək ki, bu gün Vaşinqtonda İsrail və Livan arasında danışıqların beşinci raundu başlayıb. Danışıqlar iyunun 25-dək davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Ərdoğan: "Polşa ilə ticarət dövriyyəsini artırmaq niyyətindəyik" 21:02 "Raketlərin adı belə çəkilmir" - Şahbaz Şərif anlaşma memorandumundan danışdı 20:57 İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü 20:38 Cozef Aun: "Beşinci raund həlledici ola bilər" 19:47 Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur 20:28 Ermənistanla Azərbaycan sərhədi bu tarixdə açıla bilər - Kostanyan 20:18 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı 20:09 Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü 19:32 İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirildi 19:35 Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı 19:14 Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü 18:30 Pezeşkian ABŞ və İsrail zərbələrindən sonra ilk səfərini reallaşdırdı 18:40 Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı 18:45 İran ölkə daxilində hava nəqliyyatını bərpa edir 18:17 PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Bütün Xəbərlər