Ukrayna Bəhreyndə səfirlik açır

Ukrayna Bəhreyndə səfirlik açır
05.05.2026 23:46

Ukrayna Bəhreyn Krallığının paytaxtı Manamada səfirlik açmaq qərarını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əz-Zəyani ilə görüşün yekunlarına dair teleqram kanalında yazıb.

"Prezident Volodimir Zelenskinin Bəhreynə səfəri çərçivəsində həmkarım doktor Əbdüllətif əz-Zəyani ilə ikitərəfli görüş keçirməkdən məmnun oldum", - A.Sibiqa bildirib.

Onun sözlərinə görə, bu gün Ukrayna Manamada səfirlik açmaq qərarını elan edib. "Biz həmçinin Ukrayna və Bəhreynin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Bunlar daha güclü və strukturlaşdırılmış tərəfdaşlığa doğru konkret addımlardır", - A.Sibiqa deyib.

O, həmçinin qeyd edib ki, tərəflər 2023-cü ildə Bəhreyn nazirinin Ukraynaya ilk səfərindən sonra son illərdə real irəlləyiş əldə etmiş ikitərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Ukraynalı nazirin sözlərinə görə, hazırkı danışıqlar regional təhlükəsizliyə yönəlib: "Ukrayna İranın məsuliyyətsiz, sabitliyi pozan hərəkətləri qarşısında Bəhreyn və digər Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının ölkələri ilə həmrəyliyini ifadə edir".

A.Sibiqa vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyət xüsusi diqqət tələb edir, çünki qlobal enerji təhlükəsizliyinin və beynəlxalq bazarların sabitliyinin təməli kimi gəmiçilik azadlığı təmin edilməlidir. "Biz beynəlxalq təşkilatlarda koordinasiyanı gücləndirmək, ərzaq təhlükəsizliyi və tədarüklərin sabitliyi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik", - o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna praktiki həllər təklif etməyə, xüsusən təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və dayanıqlığın gücləndirilməsi sahəsində təcrübəsini bölüşməyə hazırdır.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Səkkiz ölkədən İsrailə REAKSİYA 22:02 Berlində texnoparadda 50 nəfər xəstəxanalıq oldu! 23:13 İran ABŞ bazalarının sirrini "Strava"dan öyrənib? 22:41 Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəldi 23:24 DSX: Abbasəli Novruzovun uzun və şərəfli xidmət yolu ehtiramla xatırlanacaq 23:20 "Zirə" Premyer Liqaya qələbə ilə başladı! - VİDEO 23:14 İran raketlerlə hücuma keçdi - İDDİA 23:06 Türkiyə NATO ilə Rumıniyada ilkə imza atdı 22:12 Kiyevdə Fedorova dəstək yürüşü keçirilir - VİDEO 22:19 Yəmən ordusundan Husilərə GÜCLÜ ZƏRBƏ: 181 hərbi əməliyyat! 21:54 "Neftçi" mövsümə parlaq qələbə ilə başladı! 21:17 Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə etdi 21:11 Ronaldu futbola vida etməyə hazırlaşır: "Son ilim ola bilər" 20:55 Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq! 20:19 Cared Kuşner İsrailə gedəcək? - RƏSMİ 20:03 Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi 19:47 "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı 19:24 Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR 19:00 Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI 18:39 "Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 ABŞ-İran arasında gizli mesajlaşma davam edir, lakin... 17:09 Şirvan kanalında kişi meyiti TAPILDI 17:20 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı! 17:16 Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi! 16:44 Bütün Xəbərlər