Tramp hərbi texnologiyalara üstünlük verir

Tramp hərbi texnologiyalara üstünlük verir
26.06.2025 15:15

ABŞ Prezidenti Donald Tramp 2026-cı il üçün müdafiə və milli təhlükəsizlik büdcəsini təqdim edib. Yeni təklifdə hərbçilərin maaşlarının artırılması, raket və dron proqramlarının gücləndirilməsi nəzərdə tutulur, lakin bu, aviasiya və donanma xərclərinin azalması hesabına həyata keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tramp administrasiyası büdcə layihəsində 892,6 milyard dollar ayırmağı planlaşdırır. Bu məbləğ nüvə proqramları, daxili təhlükəsizlik və xüsusilə Çinlə rəqabət çərçivəsində Hind-Sakit okean regionuna yönəldiləcək.

Layihəyə əsasən, hərbçilərin maaşında 3,8% artım nəzərdə tutulur. Eyni zamanda, istismar xərcləri yüksək olan köhnə gəmilər və təyyarələr istismardan çıxarılacaq. Hərbi Dəniz Qüvvələri mülki heyətini 7286 nəfər azaltmaqla qənaət rejiminə keçəcək.

Tramp "F-35" qırıcılarının sifarişini əvvəlki 68-dən 47-yə endirib, büdcədə cəmi üç hərbi gəmi yer alıb. Bununla yanaşı, uzaqmənzilli "JASSM-ER" və "LRASM" raketlərinin, eləcə də Ukraynada effektivliyi sübut olunmuş kiçik zərbə dronlarının alınması davam etdiriləcək.

Konqresin Nümayəndələr Palatası isə "F-35" sayını 69-a çatdırmağı təklif edib və “One Big Beautiful Bill Act” adlı qanun layihəsi çərçivəsində əlavə 25 milyard dolların “Golden Dome” raketdən müdafiə sisteminə ayrılması planlaşdırılır.

Ekspertlər bildirirlər ki, Trampın yeni büdcə yanaşması yüksək texnologiyalara yönəlməyi prioritet sayır və bu, müdafiə sənayesində iş yerlərinin qorunması ilə texnoloji modernləşmə arasında balans məsələsini gündəmə gətirir.

Qeyd edək ki, Dünya Bankı və BVF-nin hesablamalarına görə, ABŞ-nin 2025-ci il üzrə nominal ÜDM-i 30,3 trilyon dollar təşkil edir və müdafiə xərcləri təxminən 3%-ə bərabərdir. NATO-nun Haaqa sammitində isə üzv ölkələrin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırması barədə razılıq əldə olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUN 2026
Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA 23:27 Bəzi sürücülər kəmər taxmaya bilər 22:42 Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA 22:22 Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Bütün Xəbərlər