Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı”

Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı”
19.08.2026 15:30 İdman

“Real”ın baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Rodrinin “Mançester Siti”dən Madrid təmsilçisinə transferinin niyə baş tutmadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. 

“Mən onunla bir neçə dəfə danışdım və “Real” ona çox yaxşı təklif etmişdi. Düşünürəm ki, onun “Mançester Siti” ilə münasibətləri çox yaxşıdır. Klub “Siti” ilə danışıqlar aparmadan Rodri ilə əlaqə saxladı və ona böyük təklif etdi.

Rodrinin tərəddüdləri var idi. O, qərarsız idi və onun bu tərəddüdləri məndə də şübhə yaratdı.

O, möhtəşəm futbolçudur və bizə qarşı çox hörmətli davranıb. Onun haqqında pis heç nə deyə bilmərəm. Lakin “Real” elə böyük klubdur ki, burada öz qərarlarına şübhə edən futbolçular olmamalıdır.

Sən futbolçu ilə əlaqə saxlayırsan, o isə soruşur: “Nə vaxt gəlməliyəm?” Konsepsiya təxminən bundan ibarətdir. Bununla belə, o, bizə qarşı çox hörmətli davrandı. Ona uğurlar arzulayıram... Əlbəttə, çox böyük uğurlar yox, amma yenə də uğurlar”, – deyə Mourinyo bildirib. 

Qeyd edək ki, iyul ayında mətbuatda Rodrinin “Real”la şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat yayılmışdı. Daha sonra “Barselona”nın da futbolçu uğrunda mübarizəyə qoşulduğu və Rodrinin Kataloniya təmsilçisinin təklifini seçdiyi bildirilib. “Barselona” transferi avqustun 18-də rəsmən açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Kolleclərə qeydiyyat başladı 15:30 NBA ulduzu Vembanyamadan Fransaya mesaj: “Bu, böyük tabudur” 16:36 Həftəsonunadək hava necə olacaq? 15:25 Azərbaycanlı hakimlər üçün UEFA-dan yeni mövsüm sınağı! 16:25 Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı 15:15 Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında! 16:16 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü 14:58 Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı” 15:33 Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Rusiya və Ukrayna arasında 103-ə 103 hərbi əsir mübadiləsi 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Bütün Xəbərlər