Qazaxıstan hərbi zavodlarını NATO standartlarına uyğunlaşdırır

Qazaxıstan hərbi zavodlarını NATO standartlarına uyğunlaşdırır
17.12.2025 17:24

Qazaxıstan NATO standartlarına uyğun ASPAN milli layihəsi çərçivəsində artilleriya mərmiləri və minalarının istehsalı üçün dörd yeni zavod tikməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "RTVI" məlumat yayıb.

Məlumata görə, layihənin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edir. Hazırda 2027-ci ildə fəaliyyətə başlayacaq ASPAN-1 zavodunun tikintisi aparılır. Bu müəssisə mərmi və mina gövdələrinin istehsalı ilə məşğul olacaq. Digər üç zavodun istifadəyə verilmə tarixləri hələ açıqlanmayıb.

Qazaxıstan rəsmiləri bildiriblər ki, ölkə uzun müddətdir öz artilleriya sursatını istehsal etmədiyi üçün əsasən Sovet dövründən qalan ehtiyatlardan və idxaldan asılı olub. Mövcud geosiyasi şəraitdə yerli istehsalın qurulması strateji əhəmiyyət daşıyır.

Zavodların tikintisini “Great Sky” şirkəti həyata keçirir. Layihə çərçivəsində NATO standartlı sursatlarla yanaşı, 82, 120, 122 və 152 mm kalibrli, Rusiya istehsalı silahlara uyğun mərmilərin də buraxılması nəzərdə tutulur.

Qazaxıstan Müdafiə Nazirliyi gələcəkdə istehsalın ixrac imkanları yaradacağını gözləsə də, hazırda hərbi məhsulların xaricə satışına məhdudiyyətlər qüvvədədir. Buna baxmayaraq, ölkə hərbi sənayenin lokallaşdırılmasını prioritet hesab edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Putin "kitel"ini geyindi - dünyanın gözü yeni savaş cəbhəsinə çevrildi 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 DİN kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi 14:12 Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu 12:57 Samuxda "qara yara" həyəcandı: Kəndə xüsusi nəzarət postu qoyuldu 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Çənələri çürüyən qızlar: Gənc qadınların mübarizəsi əmək qanunlarının təməlini qoydu 13:06 “Barselona”da yeni transfer planı: Suares üçün yaşıl işıq yandı! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ? 12:44 Fidan Qurbanlı dünya səhnəsində 43-cü pillədə qərarlaşdı 13:37 Sabah hava necə olacaq? - PROQNOZ 12:29 Bütün Xəbərlər