Orban: Macarıstan Aİ-də veto hüququnun ləğvinə imkan verməyəcək

Orban: Macarıstan Aİ-də veto hüququnun ləğvinə imkan verməyəcək
14.02.2026 16:15

"Budapeşt Brüsselin təzyiqlərinə baxmayaraq müstəqil mövqeyini qoruyacaq"

TodayPress TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə 2025-ci ilin siyasi yekunları və hökumətin yaxın dövr üçün planları ilə bağlı ənənəvi çıxışı zamanı bildirib.

O qeyd edib ki, Macarıstan Avropa İttifaqındakı müstəqil mövqeyindən imtina etməyəcək və veto səlahiyyətinin ləğvinə yol verməyəcək. 

Onun builki çıxışı 12 aprelə təyin olunan parlament seçkiləri ərəfəsində baş tutduğu üçün xüsusi diqqət çəkib. Hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının platformasında əsas məqamlardan biri Ukraynadakı münaqişə ilə bağlı Aİ rəhbərliyi ilə fikir ayrılığıdır.

Budapeşt hesab edir ki, Brüssel Ukraynanı birliyə qəbul etmək məqsədilə Macarıstanı Aİ-dəki veto hüququndan məhrum etməyə çalışır və müxalifətdəki "Tisza" partiyasını dəstəkləməklə ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir. 

Orban vurğulayıb ki, Brüsselin təzyiqlərinə baxmayaraq, Macarıstan bu məsələlərdə müstəqil mövqeyini qoruyacaq.

“Müstəqil mövqeyə dəyər verilməlidir”, – deyə baş nazir bildirib.

O əlavə edib ki, müxalifət hakimiyyətə gələrsə, Macarıstanı ümumi Avropa xarici siyasətinə tam inteqrasiya edəcək. Orbanın sözlərinə görə, buna yol vermək olmaz.


Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank müştərilərinə xəbərdarlıq etdi - Kartlarda balansın mənfi olmasının səbəbi nədir? 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir 14:02 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı 14:00 Bütün Xəbərlər