"Microsoft" Hindistanın neft emalı zavodunu bağlayır

"Microsoft" Hindistanın neft emalı zavodunu bağlayır
05.08.2025 12:43

"Microsoft" Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əsasən, Hindistanın "Nayara Energy" şirkətini müvəqqəti olaraq bulud xidmətlərindən ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Register" məlumat yayıb.

Bildirilir ki, məsələ 18 iyulda Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməsi ilə başlayıb. Sanksiyalar sənədində qeyd olunub ki, Vadinar şəhərindəki neft emalı zavoduna sahib olan "Nayara Energy"nin 49%-i Rusiyanın dövlət neft şirkəti “Rosneft”ə məxsusdur.

Aİ bu əlaqəni "Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi" kimi qiymətləndirib və "Nayara Energy"ni sanksiyalar siyahısına daxil edib.

"Nayara Energy" bu qərarı “əsassız və birtərəfli addım”, həmçinin “Hindistanın suverenliyinə hörmətsizlik” kimi qiymətləndirib.

Sanksiyalara cavab olaraq "Microsoft" "Nayara Energy"nin "Outlook" korporativ e-poçt və "Teams" əməkdaşlıq platforması da daxil olmaqla bütün bulud xidmətlərini dayandırıb.

Buna cavab olaraq "Nayara Energy" "Microsoft"u müqavilə şərtlərini pozmaqda ittiham edib və məhkəməyə müraciət edib. Ancaq məhkəmə qərarı olmadan cəmi iki gün sonra, "Microsoft" xidmətlərin göstərilməsini bərpa edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
23 IYUN 2026
Kanadada sinaqoqun qarşısında atışma - ölənlər var 00:49 "Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı 23:45 Tramp NATO müttəfiqlərini tənqid etdi: İtaliya və Almaniya bizi dəstəkləmədi 00:51 Tramp İranın nüvə proqramı ilə bağlı gözləntisini açıqladı 23:57 Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu 22:49 Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Bütün Xəbərlər