İsrail HƏMAS-ın təlim düşərgəsinə hücum etdi

İsrail HƏMAS-ın təlim düşərgəsinə hücum etdi
19.11.2025 08:45

İsrail Ordusu HƏMAS-ın Livanın cənubundakı təlim düşərgəsində fəaliyyət göstərən terrorçulara zərbələr endirib.

TodayPress TV-nin məlumatına görə, bu barədə Ordunun Mətbuat xidməti xəbər verib.

"İsrailin Müdafiə Ordusu HƏMAS-ın Livanın cənubundakı Əyn əl-Hilva ərazisindəki təlim düşərgəsində fəaliyyət göstərən terrorçulara zərbələr endirib. Vurulan hərbi düşərgə HƏMAS terrorçuları tərəfindən İsrail əsgərlərinə və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün təlim məqsədilə istifadə edilib", - açıqlamada deyilir.

Mətbuat xidməti qeyd edib ki, zərbələrdən əvvəl mülki şəxslərə ziyanı minimuma endirmək üçün tədbirlər görülüb, o cümlədən yüksək dəqiqlikli sursatlardan istifadə, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarını toplamaq üsullarından istifadə olunub.

"İsrailin Müdafiə Ordusu Livanda HƏMAS qruplaşmalarına qarşı əməliyyat keçirir, HƏMAS terrorçuları harada olursa olsunlar, onlara qarşı əməliyyatlar davam edəcək", - ordudan bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Bütün Xəbərlər