İrandan Azərbaycana 300-dən çox Rusiya vətəndaşı təxliyə edildi

İrandan Azərbaycana 300-dən çox Rusiya vətəndaşı təxliyə edildi
16.06.2025 23:30

Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Rusiya və xarici vətəndaşların İrandan təxliyəsi barədə məlumat yayıb.

TodayPress TV-nin  məlumatına görə, o, bu barədə "Telegram" kanalında yazıb.

"Diplomatlarımızın operativ fəaliyyəti sayəsində iyunun 14-də “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə aralarında uşaqlar, digər dost dövlətlərin vətəndaşları da daxil olmaqla 86 nəfərdən ibarət ilk qrup təxliyə edilib. İyunun 15-də diplomatların və mədəniyyət xadimlərinin ailələri də daxil olmaqla 238 rusiyalı üçün təhlükəsiz sərhəd keçidi təşkil edilib", - Moskalkova bildirib.

Ombudsman humanitar münasibətə və evakuasiyanın təşkilində hərtərəfli köməyə görə Azərbaycan hakimiyyətinə xüsusi təşəkkürünü bildirib.

"Mənim Aparatım (Ombudsman Aparatı-red) vəziyyəti izləməyə davam edir və vətəndaşların bütün müraciətlərinə operativ cavab verməyə hazırdır. Regiondakı bütün rusiyalıları maksimum ehtiyatlı olmağa və hər hansı çətinlik yaranarsa, dərhal Rusiya diplomatik missiyaları ilə əlaqə saxlamağa çağırıram", - Moskalkova vurğulayıb.

O, Rusiya Xarici İşlər Nazirliyinin İsrail və İrana səfərlərdən çəkinmək, təhlükəli əraziləri dərhal tərk etmək tövsiyələrinin vacibliyini vurğulayıb.

XƏBƏR LENTİ
06 AVQUST 2026
Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Bütün Xəbərlər