İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı...

İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı...
24.07.2026 09:45

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyini bəyan edib.

TodayPress TV  xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai sosial şəbəkədə yazıb. 

"Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təkzib etməyə borcludur", - Bəqai bildirib.

O qeyd edib ki, bu şəraitdə İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüququ yaranır: "Bu ölkələrin Amerika hücumlarına kömək məqsədilə öz ərazilərini plasdarm kimi təqdim etməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu işdə şərik edir, eyni zamanda mehriban qonşuluq prinsipinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin (4-cü bəndinin) kobud şəkildə pozulmasıdır".

Sözçü xatırladıb ki, İran tərəfindən özünümüdafiə hüququnun həyata keçirilməsi bütün regionda təhlükəsizlik və sabitliyin bərpa edilməsi üçün zəruri addımdır.

Xatırladaq ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına 6 ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 IYUL 2026
Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 10:48 Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 İran İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu 10:20 Onur Quluzadənin növbəti sınağı 10:09 Rusiyanın strateji silah zavodu belə vuruldu - VİDEO 09:57 Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA 09:55 DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı 09:50 İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı... 09:45 Ukrayna Putinin vətənini vurdu - VİDEO 09:44 Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?” 09:37 Rusiya ərazisinə kütləvi PUA zərbələri: Ukrayna strateji obyektləri hədəf aldı - VİDEO 09:29 Lineker milyonerlər üçün vergilərin artırılmasını istədi 09:19 TƏCİLİ! Azərbaycanda zəlzələ oldu 08:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 21:06 98 yaşlı kişi hər gün işləyir, eynəksiz kitab oxuyur - SİRRİ nədir? 23:51 Naxçıvan sakinlərinin NƏZƏRİNƏ! Bu ərazilər qazsız qalacaq 23:44 Burj Xəlifəni “tozda qoyacaq” bina tikilir - REKORD hündürlük 23:02 Özbəkistanda muzeylərdən yüzlərlə eksponat hara yoxa çıxdı? 22:53 Bütün Xəbərlər