Fransada etiraz aksiyalarına görə 76 min polis səfərbər edildi

Fransada etiraz aksiyalarına görə 76 min polis səfərbər edildi
02.10.2025 12:16

Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə planlaşdırılan 250 etiraz aksiyası zamanı təhlükəsizliyi təmin etmək üçün 76 min polis və jandarmın yerləşdiriləcəyini açıqlayıb.

TodayPess TV xəbər verir ki, nazir Bruno Retayolun sözlərinə görə, bu qüvvələrin təxminən 5 min nəfəri paytaxt Parisdə xidmət aparacaq.

O qeyd edib ki, bu artıq ardıcıl üçüncü gündür hüquq-mühafizə orqanları nümayişləri müşahidə edir. Hökumət bəzi etiraz aksiyalarında radikal qrupların iştirak etməsinə hazırdır, lakin səlahiyyətlilər zorakılıqsız və dinc aksiya keçirmək istəyənlər üçün bütün şəraiti təmin etmək niyyətindədir. Retayol, istənilən pozuntulara “sıfır dözümlülük” göstəriləcəyini və zorakılığa təhrik edənlərin dərhal həbs olunacağını bildirib.

Qeyd edək ki, etirazlara səbəb həmkarlar ittifaqlarının Fransa hökumətinin sosial və iqtisadi siyasətlərinə qarşı narazılığıdır. Onlar hökumətdən pensiya yaşının 64-ə qaldırılmasından imtina etməyi, dövlət sektorunda maaşların və sosial ödənişlərin bir illik dondurulmasını planlaşdırmaqdan vaz keçməyi, 3000 dövlət qulluqçusunun ixtisarına son qoymağı və işsizlik müavinətləri sistemində dəyişiklikləri dayandırmağı tələb edirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
25 IYUN 2026
Neft ucuzlaşmağa davam edir 09:33 Venesuelada təbii fəlakət: Dağıntılar artır, hava limanı bağlandı - VİDEO 09:16 Yaponiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi 09:04 Rusiyanın neft infrastrukturu yenidən hədəfdə - VİDEO 08:56 Venesuelada dəhşətli zəlzələ: Tramp bütün qurumlara təcili hazırlıq əmri verdi 08:44 Qarabağa qayıdış davam edir[[ - Növbəti köç karvanı yola salındı ]] 08:32 DÇ-2026: Meksika və Cənubi Afrika Respublikası növbəti mərhələyə yüksəldi 08:09 Hovuzlarda gizlənən təhlükələr - Mütəxəssisdən vacib xəbərdarlıq 22:55 Tailand xərçəngə qarşı peyvəndin klinik sınaqlarına başladı 22:52 İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi 22:51 ABŞ-li Olimpiya çempionu narkotik ittihamı ilə saxlanıldı 22:49 "Qiyamət günü" radiostansiyası iki saatdan çox müddətdə yeddi söz ötürdü 22:45 Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı 22:43 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü 22:41 TBMM-də ilk: Deputatlar ailə həyatı qurdular - FOTO 23:07 DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü oldu 01:04 Bu ərazilərdə işıq OLMAYACAQ 23:10 DÇ-2026: İsveçrə Kanadanı məğlub etdi 01:03 Trampdan Ərdoğana tərif: “Nüfuzlu lider və mənim dostumdur” 00:52 Fransada tarixi istilər: temperatur 40 dərəcəyə çatdı 00:29 Sabah bu rayonda qaz olmayacaq 23:04 Obama Trampa: “Qarşımda olsa, belə danışmazdı” 00:19 AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi 23:57 Şotlandiya Braziliya matçı ləngiyə bilər - SƏBƏB 23:02 İsrail bu sövdələşməni pozmur - Rubio 22:37 Bütün Xəbərlər