Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı

Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı
05.06.2026 21:30

Gümrü meri Vardan Qukasyan barəsində yeni cinayət işi açılıb. O, hakimiyyətin ələ keçirilməsinə cəhddə ittiham olunur.

TodayPress TV-nin Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib.

İstintaq Komitəsinin məlumatına görə, Vardan Qukasyan bir qrup şəxslə birlikdə 2025-ci ildə hakimiyyəti ələ keçirmək planı qurub, lakin ondan asılı olmayan səbəblərdən buna nail ola bilməyib. Bu fakt üzrə cinayət işi açılıb və işdə əli olan digər şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, daha əvvəl həbsdə olan Vardan Qukasyan tərəfdarlarını qarşıdan gələn parlament seçkisində iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokuna səs verməyə çağırıb.

Xatırladaq ki, Vardan Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin "rüşvətalma" maddəsi üzrə ittiham olunur, lakin ittihamı qəbul etmir.

Müdafiə tərəfinin sözlərinə görə, ittiham aktında yer alan demək olar ki, bütün epizodlar Qukasyanın mer olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir.

Qeyd edək ki, 17 dekabr 2025-ci ildə məhkəmə onun həbs müddətini daha üç ay uzadıb. Eyni zamanda, onun Ermənistanla Rusiya arasında birliyin lehinə verdiyi ifadələrə əsaslanan "suverenlikdən imtina etməyə çağırış" ittihamı Qukasyanın üzərindən götürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçında dördüncü QOL - YENİLƏNDİ - VİDEO 20:08 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Bütün Xəbərlər