İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu

İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu
11.08.2026 20:01 Daxili siyasət

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.

TodayPress TV xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Sənaye Parkı barədə məlumat verdi.

Bildirildi ki, bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.

Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir.

Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.

Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.

Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

FOTOLAR

İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu — 1
İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu — 2
İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu — 3
İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu — 4
İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu — 5
XƏBƏR LENTİ
11 AVQUST 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı 20:08 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Bütün Xəbərlər