"Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab

"Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab
18.08.2026 16:56

Qətər XİN-i İran pilotlarının saxlanılması ilə bağlı Tehranın iddialarını təkzib edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari Tehranın əmirliyin iranlı pilotları saxladığı barədə iddialarının həqiqətə uyğun olmadığını bildirib.

İran tərəfinin saxlanılan pilotlarla bağlı açıqlamalarını şərh edən diplomat bu iddiaların media qarşısında səsləndirilməsi üçün heç bir əsasının olmadığını və məntiqsiz olduğunu qeyd edib.

Əl-Ənsarinin sözlərinə görə, İranın hərbi təyyarələri Dohaya zərbə endirmək məqsədilə Qətərin hava məkanına daxil olub və pilotlar xəbərdarlıqlara məhəl qoymadıqdan sonra təyyarələr vurulub. Onun sözlərinə görə, martın 19-da pilotlardan birinin qalıqları aşkarlanıb və daha sonra İran nümayəndə heyətinə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı isə aprelin 6-da başa çatıb.

Qətər həmçinin İranın texniki qrupunu axtarış-xilasetmə işlərinin təfərrüatları ilə tanış olmaq üçün ölkəyə dəvət edib. Lakin dəvət qüvvədə qalmasına baxmayaraq, Tehran buna cavab verməyib.

Avqustun 15-də İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşmüş şəxslərin axtarışı üzrə komitəsinin rəhbəri Məhəmməd Bağerzadə üç iranlı pilotun mart ayında qırıcı təyyarələrinin qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Beynəlxalq Qızıl Xaç Komitəsini pilotlara baş çəkməyə və onların azad edilməsinə kömək göstərməyə çağırıb.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran arasında yeni atəşkəs sazişinin bağlanmasının mümkünlüyünü açıqlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 AVQUST 2026
Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 Bütün Xəbərlər