Çexiya Ukraynaya 30 tank verməyi planlaşdırır

Çexiya Ukraynaya 30 tank verməyi planlaşdırır
08.10.2025 17:58

Çexiya hökuməti Ukraynaya 30 ədəd T-72M4CZ tankı verməyi planlaşdırır.

TodayPress TV "Ukrinform" a istinadən xəbər verir ki, Çexiyanın Baş Qərargah rəisi Karel Şehka hökumətə 30 ədəd T-72M4CZ tankının Ukraynaya təhvil verilməsini tövsiyə edəcək.

Hazırda bu tanklar VOP CZ dövlət şirkəti tərəfindən təmir olunur.

Məlumata görə, tankların modernləşdirilməsi qərarı Rusiya-Ukrayna müharibəsindən əvvəl qəbul edilib və onlar yeni texnika alınana qədər Çexiya ordusu tərəfindən istifadə olunmalı idi.

Hazırda Çexiya Silahlı Qüvvələri Almaniyanın Leopard 2A4 tankları ilə silahlanıb və Leopard 2A8 modellərinin alınması sürətləndirilib.

Karel Şehka bildirib ki, təmirə qoyulan vəsaiti geri qaytarmaq və “ölkənin təhlükəsizlik maraqlarına uyğun hərəkət etmək” üçün bu tankların Ukraynaya verilməsi məqsədəuyğundur.

Qeyd edək ki, Çexiya Baş naziri Petr Fiala daha əvvəl Ukraynaya 1,5 milyon iriçaplı patron göndəriləcəyini və ukraynalı pilotlara müasir döyüş təyyarələrində təlimlərin davam edəcəyini açıqlamışdı.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı” 15:33 Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü 14:58 Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Rusiya və Ukrayna arasında 103-ə 103 hərbi əsir mübadiləsi 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Bütün Xəbərlər