BMT Suriyadakı kilsəyə edilən terror hücumunu pislədi

BMT Suriyadakı kilsəyə edilən terror hücumunu pislədi
23.06.2025 15:16

BMT-nin Suriyada humanitar məsələlər üzrə koordinatoru Adam Abdelmula Dəməşqdə yerləşən Müqəddəs İlyas kilsəsində törədilən və azı 20 nəfərin ölümü, 50-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumunu qəti şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat yayıb.

"İbadətə toplaşmış mülki şəxslərə qarşı törədilən bu faciəli insidenti qətiyyətlə pisləyirəm", - deyə Abdelmula bildirib.

O, mülki əhalinin qorunması, günahkarların məsuliyyətə cəlb edilməsi və bu cür hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsinə çağırıb.

BMT rəsmisi vurğulayıb ki, Suriya bərpa və barışıq yoluna qədəm qoyduğu bir vaxtda zorakılıq və ekstremizmə yer olmamalıdır. O, həmçinin bütün suriyalılar üçün daha yaxşı gələcək qurmaq naminə birliyə, dözümlülüyə və həmrəyliyə ehtiyac olduğunu bildirib.

Xatırladaq ki, iyunun 22-də terror hücumu baş verib. Suriya DİN-in məlumatına görə, intiharçı terrorçu kilsəyə daxil olaraq avtomat silahdan atəş açıb və daha sonra özünü partladıb. Hadisə yerində istintaq aparılır, polis ərazini mühasirəyə alıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Töhfə Səməd

XƏBƏR LENTİ
18 AVQUST 2026
BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 Dəhşətli QƏZA: Maşın vuran piyadalardan biri öldü, digəri isə… 19:52 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Bütün Xəbərlər