Almaniyada sığınacaq müraciətlərinin sayı 45 faiz azaldı

Almaniyada sığınacaq müraciətlərinin sayı 45 faiz azaldı
05.07.2025 23:10

2025-ci ilin ilk yarısında Almaniyada sığınacaq almaq üçün müraciət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,9 faiz azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) statistikası açıqlanıb.

Belə ki, cari ilin ilk altı ayında 61 336 nəfər Almaniyada ilk dəfə, 11 482 nəfər isə təkrar sığınacaq müraciəti edib. Halbuki 2024-cü ilin ilk yarısında bu göstərici ümumilikdə 132 201 nəfər təşkil edirdi.

Azalmanın əsas səbəbləri kimi Almaniyanın bütün sərhədlərində gücləndirilmiş yoxlama tədbirləri, Balkan ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı atdığı addımlar və Suriyada yaranmış yeni siyasi vəziyyət göstərilir.

Son illərdə sığınacaq üçün müraciət edənlərin əsas hissəsini Suriyadan gələnlər təşkil edirdilər. Lakin ötən ilin sonunda Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra bu ölkədən edilən müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bu ilin ilk yarısında Suriyadan 15 127, Əfqanıstandan isə 15 181 sığınacaq müraciəti qeydə alınıb.

Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) hələ rəsmi şəkildə dərc olunmayan hesabatına əsasən, Almaniyada 2025-ci ilin ilk yarısında ümumilikdə 65 495 sığınacaq müraciəti qəbul olunub. Bu göstərici ilə Almaniya Aİ-də üçüncü yerdə qərarlaşıb. İlk iki yeri İspaniya (76 020 müraciət) və Fransa (75 428) tutur. Siyahıda onları İtaliya (62 534) və Yunanıstan (27 718) izləyir.

Ən aşağı müraciət sayı isə Macarıstan (47), Slovakiya (84) və Litvada (152) qeydə alınıb.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Bütün Xəbərlər