Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artır

Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artır
11.07.2025 13:39

Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı ildən-ilə artır. 

TodayPress TV xəbər verir ki, bu barədə "RND" məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin yalnız ilk yarısında etiqadına görə hərbi xidmətdən imtina üçün 1363 müraciət daxil olub.

2022-ci ildə 951, 2023-cü ildə 1079, 2024-cü ildə isə 2241 müraciət qeydə alınıb.

2025-ci ilin ilk altı ayındakı göstəricilər illik proqnozla 2726 müraciətə çata bilər ki, bu da yeni rekord olacaq.

Almaniya Ailə Məsələləri və Vətəndaş Cəmiyyəti üzrə Federal İdarəsinin nümayəndəsi qeyd edib ki, bu artım ölkədə hərbi çağırışın bərpasına qarşı açıq etiraz siqnalı kimi qiymətləndirilə bilər.

Ekspertlərin fikrincə, xüsusilə koronavirus pandemiyası dövründə iqtisadi sıxıntılarla üzləşən və dövlətin dəstəyini zəif hiss edən gənclər, təhsildə çətinlik çəkən, mənzil tapmaqda əziyyət çəkən və yüksək kirayə haqları ilə mübarizə aparan şəxslər indi hökumət siyasəti naminə həyatlarını riskə atmaq istəmirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 AVQUST 2026
“Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Bütün Xəbərlər