Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər

Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər
30.08.2025 11:50

Avropa İttifaqı (Aİ) İrana qarşı birtərəfli sanksiyaları bərpa edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi görüşündən əvvəl bəyanatla çıxış edib.

Nazirin sözlərinə görə, əgər Tehranla nüvə proqramı üzrə danışıqlar növbəti 30 gün ərzində nəticə verməzsə və BMT Təhlükəsizlik Şurasının əvvəlki sanksiyaları yenidən qüvvəyə minərsə, Avropa İttifaqı da öz sanksiyalarını bərpa edəcək.

Barro xatırladıb ki, Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya artıq "snapback" mexanizmini işə salmaq qərarı verib. Bu mexanizm 2015-ci il sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutur. Sanksiyalar maliyyə, bank, enerji və müdafiə sektorlarını əhatə edir.

Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (restriksiyaların aradan qaldırılmasını nəzərdə tutur) müddətinin uzadılması üçün İrana əlavə 30 gün vaxt verməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, həmin qətnamənin müddəti bu il oktyabrın 18-də başa çatır.

“İndi 30 günlük bir dövr başlayır. Əgər bu müddət ərzində İran bizim çox aydın şəkildə ifadə etdiyimiz tələbləri qəbul etməzsə, əvvəlcə BMT sanksiyaları, ardınca isə Avropa İttifaqının sanksiyaları bərpa oluna bilər. Əgər Tehran əməkdaşlığa razılıq versə, bu sanksiyaların tətbiqi təxirə salına bilər. Diplomatiya üçün qapı hələ də açıqdır”, - deyə Barro bildirib. 

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa üçlüyünün qərarını kəskin tənqid edib. O, bu yanaşmanın İranla bağlı niyyətlərin səmimiliyinə dair şübhələri daha da artırdığını və diplomatik həll yollarını çətinləşdirdiyini bildirib.

Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda vurğulayıb ki, Tehran qlobal güclərlə konstruktiv əməkdaşlığı davam etdirməyə, İslam Respublikasının maraqlarını nəzərə almaq şərtilə yeni nüvə sazişi əldə etməyə hazırdır. İranın cavab tədbirləri görəcəyi də bəyan olunub. 

Töhfə Səməd

XƏBƏR LENTİ
11 AVQUST 2026
“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Bütün Xəbərlər