29 avqust - Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

29 avqust - Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
29.08.2025 20:30

16 iyul 1945-ci ildə ilk nüvə sınağının keçirilməsindən sonra planetimizdə iki mindən artıq nüvə partlayışı baş verib. İlk illərdə bu sınaqların insan həyatı və ətraf mühit üçün dağıdıcı nəticələri nəzərə alınmasa da, tarix göstərdi ki, nüvə partlayışları uzunmüddətli və fəlakətli təsirlər yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb. 

BMT Baş Assambleyasının 2009-cu il 2 dekabr tarixli 64/35 saylı qətnaməsi ilə 29 avqust Nüvə sınaqlarına qarşı mübarizə günü elan edilib.

Nüvə sınaqlarına tam qadağa qoymağı hədəfləyən əsas beynəlxalq sənəd 1996-cı ildə qəbul edilmiş Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilə olsa da, sənəd hələ qüvvəyə minməyib. 187 dövlət müqaviləni imzalayıb, 178-i isə ratifikasiya edib. 

BMT Baş katibi “Ortaq Gələcəyimizi Qorumaq” adlı gündəliyində vurğulayıb ki, qətnamə həm nüvə silahlarının yayılmasının qarşısını almaq istiqamıətində mühüm alət hesab edilir və müqaviləni hələ də ratifikasiya etməyən dövlətləri tezliklə buna nail olmağa çağırıb. Qeyd edək ki, Fransa əsarətində saxladığı müstəmləkə ərazilərində həyata keçirilən sınaqlar da daxil olmaqla 1960-cı ildən bəri təxminən 210 nüvə sınağı həyata keçirmişdir. Bu sınaqlar insan və ətraf mühitə güclü zərbə dalğası, istilik şüalanması və radioaktiv çirklənmə kimi dağıdıcı təsirlər göstərmişdir. Fransanın həyata keçirdiyi nüvə sınaqları beynəlxalq ictimaiyyət və müxtəlif təşkilatlar tərəfindən bir neçə sənəd və platforma vasitəsilə qınanmışdır. Xüsusilə BMT və beynəlxalq nüvə nəzarət qrupları Fransanın Polineziyadakı nüvə sınaqlarını qanunsuz hesab etmiş, bu sınaqların mənfi təsirlərinə görə rəsmi üzrxahlıq və təzminat tələb etmişlər. Bu mövzu ilə bağlı müxtəlif beynəlxalq konfranslar və seminarlar da təşkil olunmuş, o cümlədən COP29 kimi tədbirlərdə Fransa nüvə sınaqlarının mənfi sosial və ekoloji təsirləri qınanmışdır. Müstəmləkə ərazilərində yaşayan xalqlar hələ də Fransa tərəfindən mənfi təsirlərin tanınmaması və lazımi kompensasiyanın ödənilməməsi məsələsində narazılıqlarını ifadə edir. Bu sənədlər və qınamalar əsasən insan hüquqları, ekoloji mühafizə və beynəlxalq hüquq çərçivəsində aparılır.

XƏBƏR LENTİ
24 IYUN 2026
DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Bütün Xəbərlər