Serbiyaya birbaşa reyslər turist axınını artıracaq – Ekspert

Serbiyaya birbaşa reyslər turist axınını artıracaq – Ekspert
16.02.2026 14:56 Turizm

Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib ki, yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan turizm eksperti Samir Dübəndi deyib ki, ölkələr arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi turizmə birbaşa və dolayı təsir göstərir. 


Onun sözlərinə görə, dövlət başçıları səviyyəsində aktiv dialoq olduqda biznes və turist səfərləri daha təhlükəsiz və proqnozlaşdırıla bilən görünür:   

"Etimad faktoru güclənir. Bu isə fərdi turistlərdən əlavə korporativ və MICE (işgüzar turizm) seqmentinin aktivləşməsinə gətirib çıxarır. 

Aviasiya və logistika genişlənir. Birbaşa uçuşların açılması və ya artırılması səfər xərclərini və vaxtını azaldır. Təcrübə göstərir ki, viza rejiminin sadələşdirilməsi və ya qarşılıqlı təşviq mexanizmləri tətbiq edildikdə turist axını qısa müddətdə əhəmiyyətli artım göstərə bilir.

Marketinq imkanları yaranır. Turizm qurumları və assosiasiyalar arasında əməkdaşlıq nəticəsində kombinə olunmuş turlar, mədəniyyət və idman tədbirləri təşkil edilir. Bu, hər iki ölkənin turizm məhsulunu diversifikasiya edir və yeni auditoriyalara çıxışı təmin edir.  

İnvestisiya mühiti aktivləşir. Əlaqələrin güclənməsi hotel, iaşə, əyləncə və infrastruktur sahəsində qarşılıqlı investisiyalara zəmin yaradır. Bu isə xidmət keyfiyyətini və rəqabət qabiliyyətini yüksəldir.  

İmic və tanınma artır. Media və rəsmi səfərlər nəticəsində ölkələr bir-birinin informasiya gündəmində daha çox görünür. Turizmdə görünürlük artıq yarı qələbə deməkdir".  

Ekspertin fikrincə, reallıq ondan ibarətdir ki, siyasi yaxınlaşma özü-özlüyündə turist axını yaratmır. Lakin düzgün strategiya, koordinasiya və bazar yönümlü yanaşma ilə bu fond real iqtisadi nəticəyə çevrilə bilər. Turizm diplomatiyanın ən praktik dividendidir:

"Birbaşa uçuşların açılması turizm əlaqələrinin inkişafında həlledici amildir. Tranzitlərin aradan qalxması səfər müddətini və xərcləri azaldır, marşrutu daha cəlbedici və rəqabətqabiliyyətli edir. Təcrübə göstərir ki, birbaşa hava bağlantısı olan istiqamətlərdə turist axını daha sabit və davamlı olur. Bundan əlavə, birbaşa reyslər tur operatorları üçün paketlərin formalaşdırılmasını asanlaşdırır və bazarın daha sürətli böyüməsinə şərait yaradır. Qısası, hava yolu olmadan turizm inkişaf etmir. Birbaşa uçuş isə bazarın real açarıdır".

Mütəxəssis vurğulayıb ki, birbaşa reyslərin açılması halında ilkin mərhələdə turist axınında 15-30% arası artım real görünür, xüsusilə qısa müddətli şəhər turları və biznes səfərləri seqmentində:

"Əgər marşrut sabit qrafiklə və rəqabətli qiymətlərlə fəaliyyət göstərərsə, 2-3 il ərzində qarşılıqlı turist dövriyyəsinin iki dəfəyə qədər artması mümkündür. Bununla yanaşı, MICE tədbirləri, tələbə mübadiləsi və tibbi turizm istiqamətləri də aktivləşə bilər. Lakin nəticənin davamlı olması marketinq dəstəyi, tur operator əməkdaşlığı və dövlət səviyyəsində koordinasiyadan birbaşa asılı olacaq. Düzgün idarəetmə ilə bu reyslər yalnız nəqliyyat xətti deyil, iqtisadi əməkdaşlığın katalizatoruna çevrilə bilər.

Serbiya Balkan regionunda şəhər, sağlamlıq, dağ və tədbir turizmini birləşdirən diversifikasiya olunmuş modelə malikdir. Paytaxt Belqrad şəhər turizmi, gecə həyatı və konqres tədbirləri ilə seçilir. Novi Sad mədəniyyət və festival turizmi mərkəzidir. Dağ turizmi üzrə Kopaonik qış mövsümündə əsas istiqamətdir, sağlamlıq turizmi isə Vrnyaçka Banya kimi kurort şəhərlərində cəmləşir. Serbiya qiymət baxımından rəqabətlidir, vizasız və ya sadələşdirilmiş giriş rejimi bir çox bazar üçün üstünlük yaradır, həmçinin Belqrad regional hava qovşağı kimi tranzit imkanları təqdim edir".  

Türkan İsgəndərli

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər