İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olundu

İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olundu
09.09.2025 17:12 Turizm

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən İsraildən olan 10 aparıcı turizm şirkətinin ölkəmizə tanışlıq səfəri təşkil edilib.

TodayPress TV xəbər verir ki, səfərin məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və İsrail turizm bazarı ilə əməkdaşlığı gücləndirməkdir. 

Sentyabrın 9-da 60 yerli turizm şirkətinin iştirakı ilə şəbəkələşmə və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədilə B2B tədbiri keçirilib.

İştirakçılar Bakı, Şamaxı və Qəbələnin turizm imkanları ilə tanışlıq çərçivəsində hotellərin inspeksiyası, qolf üzrə master-klas, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, müxtəlif mədəni irs və tarixi məkanlar barədə məlumatlandırılıblar.

2024-cü ildə Azərbaycana 28 955 İsrail vətəndaşı səfər edib. 2025-ci ilin ilk yarısında ölkəmizi 23 534 İsrail vətəndaşı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. 

Azərbaycan Turizm Bürosu turizm imkanlarının daha yaxından tanıdılması məqsədilə bu il İsraildə keçirilən bir sıra mühüm tədbirlərdə iştirak edib. Onların sırasında Hayfa və Təl-Əvivdə təşkil olunan silsilə tədbirlər, Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisi, eləcə də “Tel Aviv EAT” qida festivalı yer alıb.

TodayPress TV

FOTOLAR

İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olundu — 1
İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olundu — 2
İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olundu — 3
İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olundu — 4
İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olundu — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər