AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirildi

AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirildi
14.10.2025 17:11 Turizm

Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri onlayn formatda baş tutub. 

TodayPress TV xəbər verir ki, Azərbaycanın AQEM sədrliyi çərçivəsində təşkil olunan tədbirdə üzv dövlətlərin turizm və iqtisadiyyat sahələrinə məsul dövlət qurumlarının nümayəndələri, həmçinin ictimai və özəl sektor təmsilçiləri iştirak ediblər.

Açılış nitqlərində Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, Şri-Lanka Xarici İşlər Nazirliyinin Xaricdə Məşğulluq və Turizm üzrə İnkişaf direktoru W.M.A.S. Vikramasinghe və AQEM Katibliyinin baş katibinin müavini Fərid Dəmirli çıxış ediblər. 

Çıxışlarda turizmin dayanıqlı inkişafında dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi, regional əməkdaşlığın gücləndirilməsi və üzv dövlətlər arasında təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin birinci sessiyası “Dairəvi İqtisadiyyat və Turizm – Dayanıqlı İnkişaf üçün Çərçivə” mövzusuna həsr olunub. Sessiyada BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa üzrə regional direktoru Kordula Volmuther, W.M.A.S. Vikramasinghe və müstəqil ekspert, inkişaf iqtisadçısı Nicat Qarayev çıxış edərək dairəvi turizmin praktik tətbiqləri və region ölkələri üçün potensial imkanlarını müzakirə ediblər.

İkinci sessiya “Əsas çətinliklər və siyasət tədbirləri” mövzusunda davam edib. Sessiyada infrastruktur planlaması və resurs səmərəliliyi, yerli icmaların turizmdə iştirakının artırılması və dairəvi yanaşmaların praktik faydaları barədə təqdimatla çıxışlar edilib. Sessiya çərçivəsində keçirilən sual-cavab bölməsində dairəvi yaşıl turizmin inkişafında qarşıya çıxan əsas maneələr və imkanları müzakirə olunub.

Tədbirin yekun hissəsində açılış görüşünün AQEM üzv dövlətləri arasında dairəvi və yaşıl turizmin inkişafına dəstək, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma yaratdığı qeyd olunub.

Layihənin növbəti mərhələsində isə 2026-cı ildə Bakı şəhərində “AQEM ölkələrində Dairəvi Yaşıl Turizm” üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfrans çərçivəsində layihənin nəticələri təqdim ediləcək, eləcə də gələcək əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslər müzakirə olunacaq.

TodayPress TV

FOTOLAR

AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirildi — 1
AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirildi — 2
AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirildi — 3
AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirildi — 4
AQEM ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsinin açılış tədbiri keçirildi — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər