Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir

Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir
05.06.2025 12:53 Turizm

İyunun 5-də Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın 71-ci iclası işinə başlayıb. 

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT Turizmlə əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi diqqət verildiyini, ölkəmizin 2001-ci ildən təşkilata üzv qəbul olunması, 2013-cü ildən indiyədək 3 dəfə İcraiyyə Şurasında təmsil olunması, 2017-ci ildə İcraiyyə Şurasına sədr seçilməsi və 2019-cu ildə İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi etməsi haqqında məlumat verib.

O, ölkə rəhbərliyinin, cənab Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafına daim diqqət göstərdiyini vurğulayaraq Azərbaycanın Avropa ilə digər regionlar arasında digər bir çox sahələrdə olduğu kimi turizm sahəsində də körpü rolunu oynayan mərkəzə çevrildiyini qeyd edib. Fuad Nağıyev 2024-cü il ərzində ölkəmizə gələn xarici ziyarətçilərin sayının 2023-cü illə müqayisədə 26 faiz artdığını, turist xərcləmələrinin isə 5.1 milyard dollara çatdığını bildirib.  

Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı ilə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” və indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verərək iştirakçı ölkələri bəyannaməyə qoşulmağa çağırıb. 

Agentlik sədri, həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edərək müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətli olduğu vurğulanıb.

Tədbirdə çıxış edən BMT Turizmin İcraçı direktoru Natalia Bayona Azərbaycan tərəfinə tədbirin yüksək səviyyədə təşkilatçılığı və qonaqpərvərlik üçün təşəkkür edib. O, turizmin iqtisadiyyatın ən insanyönümlü sahəsi kimi insanları və mədəniyyətləri birləşdirdiyini qeyd edərək bu sahənin dayanıqlı gələcəyini təmin etmək məqsədilə innovasiya, təhsil və investisiyaların önəminə diqqəti çəkib.

Avropa Regional Komissiyasının üzvü olan 38 Avropa ölkədən 150-ə yaxın rəsmi nümayəndənin iştirakı ilə keçirilən tədbirdə təşkilatın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabatlar dinləniləcək, Baş Assambleya, müxtəlif komitələr və işçi qruplar üzrə müxtəlif seçkilər, o cümlədən İcraiyyə Şurasına seçkilər baş tutacaq.  

Qeyd edək ki, Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə Azərbaycanla yanaşı, Qazaxıstan, Moldova, Sloveniya, Fransa, Ermənistan, Rumıniya, Xorvatiya və Yunanıstan kimi ölkələr tərəfindən 2025-2029-cu illər üçün namizədlik irəli sürülüb. 

Tədbirin ikinci günündə “Təkandan Yüksəlişə: Turizmdə İqlim Dəyişikliklərinə Qarşı Fəaliyyətin COP29-dan Sonra İrəliləməsi” mövzusunda tematik konfrans keçiriləcək.

FOTOLAR

Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 1
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 2
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 3
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 4
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 5
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 6
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 7
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 8
Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın iclası keçirilir — 9
XƏBƏR LENTİ
31 IYUL 2026
Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 Bütün Xəbərlər