Monteneqroya səfərlərdə yeni mərhələ: Vizasız rejim ləğv olundu

Monteneqroya səfərlərdə yeni mərhələ: Vizasız rejim ləğv olundu
30.12.2025 16:36 Turizm

"Monteneqro tərəfindən Azərbaycan vətəndaşları üçün vizasız rejimin ləğvi iki ölkə arasındakı sosial-iqtisadi münasibətlərin intensivliyinə mənfi təsir göstərəcək". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.


Onun sözlərinə görə, bu təsir, ilk növbədə, Azərbaycan vətəndaşlarının Monteneqroya səfər planlarında özünü büruzə verəcək.

"Məlumdur ki, viza rejimi tətbiq olunan ölkələrə səyahət planlaşdırılması bir sıra çətinliklərlə müşayiət olunur və bu amil vətəndaşların alternativ istiqamətlərə üstünlük verməsinə səbəb olur. Üstəlik, bəzi hallarda viza müraciətlərinin rədd edilməsi səfərlərin ümumiyyətlə təxirə salınmasına və ya ləğvinə gətirib çıxarır. Nəticə etibarilə Monteneqroya səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qaçılmazdır".

İqtisadçı əlavə edib ki, viza rejiminin tətbiqi Azərbaycan vətəndaşlarının Monteneqroda həm əmək bazarında, həm də biznes mühitində iştirak imkanlarına qismən də olsa məhdudlaşdırıcı təsir göstərə bilər:


"Xüsusilə son illərdə Azərbaycan vətəndaşları tərəfindən Monteneqro iqtisadiyyatına yönəldilən investisiyaların həcmi əhəmiyyətli dərəcədə artmışdı ki, bu da öz növbəsində orada Azərbaycan vətəndaşları üçün müəyyən məşğulluq imkanları formalaşdırmışdı.

Yeni viza tələbləri əmək bazarında iştirakçılığı çətinləşdirəcək və hazırda Monteneqroda çalışan şəxslərin belə yeni qaydalara uyğun şəkildə viza əldə etməsini zəruri edəcəkdir. Viza verilmədiyi təqdirdə həmin şəxslər fəaliyyətlərini dayandırmaq məcburiyyətində qala bilərlər. Bu isə, öz növbəsində, xaricdən ölkəyə daxil olan pul köçürmələrinin (remittansların) həcminin, az da olsa, azalmasına səbəb ola bilər".

Ekspert vurğulayıb ki, Monteneqronun bu addımı yalnız Azərbaycana münasibətdə atılmayıb. Ölkə hazırda Avropa İttifaqına üzvlük prosesinin tələbləri çərçivəsində öz viza siyasətini Aİ-nin müəyyən etdiyi qayda və standartlara uyğunlaşdırır. 

"Bu baxımdan sözügedən qərar daha geniş institusional öhdəliklərin tərkib hissəsi kimi qiymətləndirilməlidir", - deyə Rəşad Həsənov fikrini tamamlayıb.

Qeyd edək ki, Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Bütün Xəbərlər