Qış mövsümündə 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir

Qış mövsümündə 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir
26.12.2025 12:05

Heydər Əliyev Beynəlxalq Aeroportu qış mövsümündə Avropa, Yaxın Şərq, Asiya, MDB və regional istiqamətləri əhatə edən geniş uçuş şəbəkəsi ilə Bakını beynəlxalq hava nəqliyyatı sisteminə bağlamağa davam edir.

Bu barədə TodayPress TV-yə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, hazırda hava limanından 35-ə yaxın aviaşirkət vasitəsilə 70-dən artıq beynəlxalq və regional istiqamətə müntəzəm reyslər yerinə yetirilir. Mövcud uçuş şəbəkəsi turizm, biznes və tranzit səyahətləri üçün çevik və etibarlı imkanlar yaradır.

* Türkiyə istiqamətləri üzrə İstanbul, Antalya, İzmir, Ankara, Mersin və Trabzon şəhərlərinə uçuşlar həyata keçirilir.

* Yaxın Şərq regionu üzrə Dubay, Şarja, Əbu Dabi, Doha, Küveyt, Bəhreyn, Ciddə və Dammam, eləcə də istirahət məqsədli səyahətlər üçün Şarm əl-Şeyx və Male istiqamətləri mövcuddur.

* Avropa marşrutları üzrə London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava və Praqa şəhərlərinə müntəzəm reyslər icra olunur.

* Mərkəzi və Cənubi Asiya istiqamətləri üzrə Daşkənd, Səmərqənd, Ürgənc, Bişkek, Düşənbə, həmçinin Çinin Pekin və Urumçi şəhərlərinə uçuşlar qış mövsümündə də davam etdirilir.

Qeyd olunan istiqamətlər üzrə uçuşlar AZAL, "Turkish Airlines", "Air Astana", "FlyArystan", "Air Arabia", "Lufthansa", "Qatar Airways", "China Southern", "Wizz Air", "Polish Airlines" və digər aparıcı beynəlxalq aviaşirkətlər tərəfindən yerinə yetirilir.

Sərnişinlər qeyd olunan istiqamətlər üzrə aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi internet saytları vasitəsilə bron edə bilərlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu mövsümdən asılı olmayaraq geniş marşrut şəbəkəsi və beynəlxalq tərəfdaşlıqları ilə regionda hava nəqliyyatı əlaqələrinin gücləndirilməsinə və sərnişinlər üçün rahat səyahət imkanlarının artırılmasına töhfə verməyə davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər