BƏƏ-dən “barıt çəlləyinə kibrit”: ABŞ ilə yeni hərbi plan...

BƏƏ-dən “barıt çəlləyinə kibrit”: ABŞ ilə yeni hərbi plan...
01.04.2026 17:39 Təhlil

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazını gəmiçiliyə açmaq üçün ABŞ-yə hərbi yardım göstərməyə hazırlaşır. 

"The Wall Street Journal" qəzetinə görə, Əbu-Dabi BMT Təhlükəsizlik Şurasının belə bir addımı təsdiqləyən qətnaməsi üçün lobbiçilik edir. 

Bundan əlavə, BƏƏ diplomatları Avropa və Asiya ölkələrini Hörmüz boğazından naviqasiya azadlığını təmin etmək üçün koalisiya yaratmağa çağırırlar.

Maraqlıdır, BƏƏ-nin bu addımı Yaxın Şərqdə hansı proseslərə səbəb olacaq?

Məsələ ilə bağlı TodayPress TV-də danışan politoloq Anar İsayev bunun region üçün ciddi geosiyasi nəticələr doğura biləcəyini deyib:


“BƏƏ-nin belə bir addımı əslində təkcə Hörmüz boğazı ilə bağlı texniki məsələ deyil. Bu, regionda güc balansına, təhlükəsizlik arxitekturasına və böyük güclərin qarşıdurmasına birbaşa təsir edən strateji qərardır. Hörmüz boğazı İran üçün “qırmızı xətt” sayılır. BƏƏ-nin ABŞ ilə birlikdə hərbi şəkildə gəmiçiliyi qorumağa çalışması Tehranda İranın suverenliyinə və təsir zonasına müdaxilə, ABŞ-nin regionda hərbi mövcudluğunu artırmaq cəhdi kimi qəbul ediləcək. Bu isə İranın hərbi cavab riskini artıra bilər (məsələn, pilotsuz aparat hücumları, mina yerləşdirmə, tanker insidentləri), eyni zamanda proksi qüvvələr (Yəməndə husilər, İraqda şiə milislər) vasitəsilə təzyiqin artmasına səbəb ola bilər”. 

Analitik, həmçinin əlavə edib ki, bu, körfəz ölkələri daxilində parçalanma da yarada bilər:

“Bütün ərəb ölkələri bu addımı eyni şəkildə dəstəkləmir. Belə ki, Səudiyyə Ərəbistanı bu plana ehtiyatlı dəstək verə bilər, amma birbaşa eskalasiyadan çəkinir. Qətər və Oman daha neytral xətt saxlayır və İranla dialoqa üstünlük verir. Bu isə öz növbəsində Körfəz Əməkdaşlıq Şurasında fikir ayrılıqlarını dərinləşdirə bilər.

Lobbiçilik məsələsinə gəldikdə, əgər BƏƏ uğurlu lobbiçilik aparsa, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələr artıq mövcud olan dəniz missiyalarını genişləndirə bilər. Yaponiya, Cənubi Koreya, Hindistan kimi enerji asılı ölkələr də dolayı şəkildə qoşula bilər. Amma Çin və Rusiya ehtimal ki, buna qarşı çıxacaq və ya alternativ təhlükəsizlik mexanizmləri təklif edəcək”.

Anar İsayevin fikrincə, BƏƏ-nin bu təşəbbüsü, əslində, naviqasiya azadlığını qorumaq məqsədi daşısa da, əksinə, regionu daha təhlükəli vəziyyətə gətirə və İranı daha sərt addımlar atmağa sövq edə bilər.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Bütün Xəbərlər