"Ya güclü zərbələr davam etdiriləcək, ya da..." — Qəzzada NƏBZ ÖLÇÜLÜR

"Ya güclü zərbələr davam etdiriləcək, ya da..." — Qəzzada NƏBZ ÖLÇÜLÜR
20.10.2025 14:53 Təhlil

Oktyabrın 19-da İsrail ordusu atəşkəs əldə edildikdən sonra ilk dəfə Qəzzaya raket zərbələri endirib. Atəşkəsin pozulması ölkənin cənubundakı Rəfah şəhərində HƏMAS terrorçuları ilə insident zamanı iki İsrail əsgərinin öldürülməsindən sonra baş verib.


İsrail ordusu atəşkəs razılaşmasını pozan terror qruplaşmasına cavab olaraq, Qəzzanın cənubundakı HƏMAS hədəflərinə “bir sıra zərbələr” həyata keçirdikdən sonra Qəzza zolağında atəşkəs rejimini bərpa etməyə başlayacağını açıqlayıb.

Əldə olunan atəşkəs hansısa planın tərkib hissəsi idi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov bildirib ki, bu, atəşkəs razılaşmasından sonra pozulmasına yönəlmiş ilk hadisədir:


“HƏMAS tərəfi İsrailin atəşkəsin pozulmasına səbəb olan iddialarını qətiyyətlə qəbul etmir və bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu razılaşmadan irəli gələn vəzifələri yerinə yetirməkdə maraqlı deyil. Başqa sözlə, o, müharibənin ilk günlərində qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün əlində olan bütün imkanlardan istifadə edəcək.


İsrailin atəşkəsi pozması, eyni zamanda nəbz yoxlamaq məqsədi daşıya bilər. Bu, ABŞ Prezidenti Donald Trampın reaksiyasını ölçmək üçün atılan addım kimi qiymətləndirilir. Trampın atəşkəsin pozulmasında hansı tərəfi daha çox günahkar sayacağı hadisələrin sonrakı inkişafını müəyyən edəcək. Onun reaksiyası məlum olduqdan sonra Netanyahu ya Qəzzaya zərbələri daha güclü şəkildə davam etdirəcək, ya da gələcəkdə belə halların təkrarına imkan verməyəcək.”


Ə.İbrahimov əlavə edib ki, istənilən halda, razılaşmanın ikinci mərhələsi üçün nəzərdə tutulan tədbirlər həyata keçirilənə qədər növbəti atəşkəs halları gözlənilir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Bütün Xəbərlər