"SU 35"lər İRAN SƏMASINA doğru: Moskva-Tehran ittifaqı yeni mərhələdə...

"SU 35"lər İRAN SƏMASINA doğru: Moskva-Tehran ittifaqı yeni mərhələdə...
23.02.2026 14:27 Təhlil

“Moskva və Tehran arasında hərbi və hərbi-texniki əməkdaşlıq bu ilin yanvarında imzalanmış yenilənmiş hərtərəfli strateji əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir”.  

Bunu siyasi şərhçi Şakir Ağayev Rusiyanın "SU 35" qırıcılarını İrana verməsi ilə bağlı yayılan məlumatları TodayPress TV-yə şərh edərkən deyib. 


O qeyd edib ki, “Financial Times” nəşrinin məlumatına görə,  2027–2029-cu illərdə ümumi dəyəri 500 milyon dollar olan zenit-raket komplekslərinin, o cümlədən özüyeriyən sistemlərin İrana verilməsi planlaşdırılır. Bunlar “Bust” və  “Verba” tipli raketlərdir, eləcə də digər silah sistemlərinin təhvil verilməsi nəzərdə tutulur.  Bundan əlavə, Rusiya İranda zənginləşdirilmiş uranın öz ərazisinə daşınmasına kömək etməyə hazır olduğunu bildirib.

İRANIN URANLA BAĞLI QƏTİ MÖVQEYİ

Analitik vurğulayıb ki, buna baxmayaraq, İran zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələsində qəti mövqe sərgiləyərək bunun mümkün olmadığını və materialın İranda qalacağını bəyan edib. Silah tədarükü isə Moskva ilə Tehran arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.

“Bu addımlar Tehranın mövqeyini gücləndirməyə xidmət edir və son günlər ABŞ-nin İrana qarşı mümkün hərbi zərbə ehtimalına qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilə bilər. Çünki İranın hədəfə alınması Rusiyanın, eləcə də Çinin maraqlarına uyğun deyil. Qeyd olunur ki, İrana təkcə Rusiyadan deyil, Çindən də xeyli miqdarda silah və hərbi avadanlıq göndərilir”, - şərhçi əlavə edib. 

PROSESLƏRİN UKRAYNA CƏBHƏSİNƏ TƏSİRİ 

O hesab edir ki, Rusiya öz hərbi arsenalının imkanlarını nəzərə alaraq bu addımları atır. İranla əməkdaşlığın Ukrayna istiqamətində ciddi zəifləməyə səbəb olacağı inandırıcı görünmür. Çünki belə bir addım Rusiyanın özü üçün də ağır nəticələr doğura bilər.


Ekspertin qənaətincə, Rusiya Yaxın Şərqdə mövqelərini qorumağa çalışır:

"Bu mövqelərin itirilməsi Moskvanın gələcək strateji hədəflərinə çatmasını çətinləşdirə bilər. Proseslər paralel şəkildə davam edir və ABŞ ilə İran arasında gərginliyin diplomatik müstəviyə yönləndirilməsi ehtimalı da istisna edilmir".

NƏTİCƏ SUAL ALTINDADIR 

Ş.Ağayev son olaraq diqqətə çatdırıb ki, hazırkı mərhələdə proseslərin necə nəticələnəcəyini demək çətindir. Fevralın 26-da Omanda Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi  arasında görüş keçiriləcəyi təsdiqlənib. Danışıqların nəticəsi proseslərin gələcək istiqamətini müəyyən edə bilər. Hər iki tərəfin açıqlamalarından razılıq əldə olunması ehtimalının istisna edilmədiyi anlaşılır.  

Qeyd edək ki, Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlıq yeni mərhələdədir. Hazırda "Su-35" qırıcılarının Moskvadan İrana gətiriləcəyi deyilir. Həmçinin Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” İranda zənginləşdirilmiş uranın ölkə xaricinə daşınması ilə bağlı texniki əməliyyatı həyata keçirməyə hazır olduğunu açıqlayıb.  

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər