İranda daxili üsyanlar yenidən qaynaya bilər?

İranda daxili üsyanlar yenidən qaynaya bilər?
10.04.2026 16:37 Təhlil

İranda daxili üsyan ehtimalı hazırda çox real və gərgin məsələdir. Bilirik ki, 2025-ci ilin dekabrın 28-də Tehranın Böyük Bazarında başlayan etirazlar sadəcə qiymət artımına qarşı narazılıq deyildi – bu, illərdir yığılan qəzəbin partlayışı idi. Rialın kəskin ucuzlaşması, inflyasiyanın 40 faizdən yuxarı qalxması, ərzaq qiymətlərinin 70 faizə yaxın artması insanları küçəyə çıxardı. Tezliklə hərəkat  31 əyalətə yayıldı, yüz minlərlə insan iştirak etdi. Əvvəlcə iqtisadi tələblər səslənsə də, çox keçmədən “diktatora ölüm”, “rejim bitsin” kimi şüarlar eşitməyə başladıq. 

 

Rejim isə həmişəki kimi amansız cavab verdi. Yanvarın əvvəllərində internet tam kəsildi, küçələrə hərbi texnika çıxdı, snayperlər və avtomatlar işə düşdü. İnsan hüquqları təşkilatlarının məlumatına görə, minlərlə insan həlak oldu – rəsmi rəqəmlər aşağı göstərilsə də, müstəqil mənbələr 36 minə qədər ölüm qeydə alıb. On minlərlə həbs, kütləvi məzarlar, xəstəxanalarda yaralılara belə təzyiq... Fevralda ikinci dalğa gəldi: universitetlərdə tələbələr, damlarda “Allahü Əkbər” səsləri, pəncərələrdən çıxan bayraqlar və.s.  Bu gün də, etirazlar tam sönməyib, amma daha çox simvolik və dağınıq formada davam edir.

Potensial baxımdan ölkədə üsyan üçün torpaq həqiqətən münbitdir. İqtisadi böhran dərinləşir: sanksiyalar, neft gəlirlərinin azalması, su və enerji qıtlığı, milyonlarla insanın yoxsulluq içində yaşaması. 2025-ci ilin iyununda İsrail və ABŞ ilə  12 günlük müharibə, fevralın 28-də Xameneinin öldürülməsi ölkədə böyük boşluq yaratdı. Oğlu Müctəba Xamenei yeni lider olsa da, “Müctəbaya ölüm” şüarları artıq səslənirdi.  Etnik azlıqlar – kürdlər, bəluclar, ərəblər və azərbaycanlılar – ən ağır vəziyyətdədir və bəziləri ayrılıqçı meylləri də gizlətmir.  SEPAH-a  gəldikdə, hələ də güclü görünür, amma xarici təsirlərə arxalanması, daxili həbslər və zədələnmələr zəiflik əlamətidir.  


Buna baxmayaraq, yaxın aylarda böyük, qalib gələn üsyanın baş vermə ehtimalı azdır.  Rejim repressiyanı peşəkar şəkildə idarə edir: internet kəsilməsi, ailələrə təzyiq, kütləvi həbslər insanları yorur və qorxudur. Təşkilatlanma üçün real platforma yoxdur, xarici dəstək isə bəziləri tərəfindən “müdaxilə” kimi qəbul edilir. Amma uzunmüddətli perspektivdə vəziyyət tam fərqlidir. Əgər iqtisadiyyat daha da çökərsə, yeni liderlik böhranı dərinləşərsə və ya SEPAH daxilində ciddi çatlar yaransa, bu qaynar qazan yenidən partlaya bilər. Tarix göstərir ki, etirazlar hər dəfə əvvəlkindən daha geniş və radikal olur.  Buna  2009, 2019 və 2022 etiraz dalğalarını misal çəkə bilərik. 

Nəticədə, İranda daxili üsyan potensialı çox yüksəkdir, çünki problemlər sistemli və dərindir. Amma bu potensialın reallaşması üçün rejimin içindən ciddi zəiflik və ya güclü xarici katalizator lazımdır. Hazırda ölkə sakit görünür, amma səthin altında vulkan qaynayır. Hadisələrin gələcəyi isə Tehrandakı qərarlardan, iqtisadi vəziyyətdən və beynəlxalq təzyiqdən asılıdır – buna bir qığılcım kifayət edə bilər.   

Jalə Rövşən

XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər