ABŞ paraşütçülər ordusu hazırladı: İranı işğala başlayırlar

ABŞ paraşütçülər ordusu hazırladı: İranı işğala başlayırlar
09.06.2026 15:36 Təhlil

Yaxın Şərqdəki gərginlik yeni və təhlükəli bir mərhələyə qədəm qoyur.

Pentaqon mart ayında 82-ci Hava-Desant Diviziyasının regiona göndəriləcəyini elan etsə də, qoşunların konkret dislokasiya yerini sirr saxlamışdı. Lakin mediaya sızan məxfi yerləşdirmə sənədləri vəziyyətin mahiyyətini kökündən dəyişir:

Elit bölmələrin əsas bazası məhz İsraildir.  Bu, İranın strateji neft mərkəzi olan Xarq adasını və ona bitişik sahil zolağını ələ keçirmək üçün nəzərdə tutulmuş ABŞ-İsrail birgə əməliyyat planının tərkib hissəsidir.  

ABŞ ordusunun ən çevik və elit bölmələrindən sayılan 82-ci Hava-Desant Diviziyası, düşmən ərazisinə paraşütlə eniş etmək və strateji obyektləri sürətli zərbə ilə nəzarətə götürmək üzrə ixtisaslaşıb.

Aprelin 7-də verilmiş "müvəqqəti vəzifə" əmri ilə İsrailə yerləşdirilən bu qüvvələr artıq iki aydır ki, "sakitcə" əməliyyat üçün yaşıl işıq gözləyirlər. Pentaqonun rəsmi açıqlamalarında "Mərkəzi Komandanlıq zonası" ifadəsi işlənsə də, sənədlər ünvanın məhz İsrail olduğunu təsdiqləyir.

Bu seçimin arxasında həm siyasi, həm də taktiki səbəblər dayanır. Körfəz ölkələrindəki bazalardan istifadə etmək üçün həmin hökumətlərin icazəsi tələb olunur, lakin heç bir ərəb dövləti İrana qarşı açıq hərbi müdaxilədə iştirak etdiyini rəsmiləşdirərək regional və daxili siyasi risklərə getmək istəmir. İsrail isə bu baxımdan ABŞ üçün maneəsiz bir meydandır.

Logistik üstünlük də danılmazdır: paraşütçülər İsraildən qalxaraq birbaşa hədəfə – İran ərazisinə eniş edə bilərlər.

İranın neft ixracının təxminən 90 faizini idarə edən Xarq adası Tehran üçün iqtisadi və strateji baxımdan "həyati arteriya"dır.  Bu adanın ələ keçirilməsi İran iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq, neft gəlirlərini tamamilə kəsmək və regionda strateji üstünlüyü ələ almaq deməkdir. Planın sahil zolağının bir hissəsini də nəzarətə götürməyi əhatə etməsi, boğazlar və dəniz yolları üzərində tam dominantlıq qurmaq niyyətindən xəbər verir. Mart ayından bəri mediada dolaşan şayiələr, Klippenşteynin ifşa etdiyi sənədlərlə konkret hərbi hazırlıq ssenarisinə çevrilib.

Bu gizli hazırlıqlar regionda böyük bir müharibə riskini alovlandırır. İran artıq Xarq adasının müdafiəsini gücləndirir, strateji nöqtələrə raket sistemləri və müdafiə tələləri yerləşdirir. ABŞ üçün bu "sürətli zərbə" variantı olsa da, İranın cavab addımları – proksi qrupların hərəkətə keçməsi, raket hücumları və ya beynəlxalq boğazların bağlanması – münaqişənin bütün bölgəyə yayılmasına səbəb ola bilər.

Pentaqonun İsrail detallarını gizli saxlaması həm ictimai təzyiqdən qaçmaq, həm də körfəz müttəfiqlərinin "həssaslığını" qorumaq məqsədi daşıyır.

Amma fakt ortadadır:

ABŞ və İsrail İran ərazisinə quru əməliyyatı üçün konkret hazırlıq görür.

Diplomatik kanallar hələ də açıq olsa da, 82-ci diviziyanın paraşütçüləri İsraildə hazır vəziyyətdə gözləyirlər. Siyasi qərarların verilməsi ilə regionda yeni və geri dönüşü olmayan böyük bir qarşıdurmanın başlaması an məsələsidir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər