Rusiya kəşfiyyatından təxribat: “Alp dezinformasiyası” nə məqsədlə tirajlanıb?

Rusiya kəşfiyyatından təxribat: “Alp dezinformasiyası” nə məqsədlə tirajlanıb?
31.07.2025 17:31 Təhlil

“Ukrayna Prezidenti Volodimir Zelenskinin əvəzlənməsi ilə bağlı yayılan məlumatlar Rusiya Xarici Kəşfiyyat Xidmətinin növbəti informasiya təxribat əməliyyatlarının tərkib hissəsidir”. 

Politoloq Zaur İbrahimli bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) iddia etdiyi “Alplarda keçirilən gizli görüşdə Ukrayna Prezidentinin dəyişdirilməsi məsələsinin aktuallaşması” xəbərini TodayPress TV-yə şərh edərkən bildirib.  

O vurğulayıb ki, Zelenskinin korrupsiya ilə mübarizə aparan qurumların hüquqi statusunu dəyişmək təşəbbüslərindən sonra cəmiyyətdə gərginlik müşahidə olunub. Bu da ona olan ictimai etimadı gündəmə gətirib. Rəy sorğularına görə, Zelenskinin reytinqi 25 faizi keçmir və görünür, Rusiya bu informasiya fonundan yararlanaraq belə bir “kəşfiyyat məlumatı” yayıb. 

“Ukrayna rəhbərliyinə yaxın şirkətlərin korrupsiya qalmaqallarında adının hallanması Qərbdə birmənalı qarşılanmır. Nəzərə alsaq ki, Ukraynaya 100 milyardlarla dollar yardım göstərilir, bu vəsaitin şəffaf xərclənməsi Qərbin əsas tələblərindən biridir”, - deyə politoloq qeyd edib. 

Analitikin sözlərinə görə, hazırda Rusiya hücumlarını daha da şiddətləndirib, paralel olaraq ABŞ-nin də Ukraynaya dair strategiyası dəyişir. 

“Trampın Ukrayna prezidenti ilə şəxsi təmaslara başlaması fonunda Zelenskinin əvəzlənməsi real görünmür”.  

Politoloqun fikrincə, ən kritik anlarda belə qətiyyət nümayiş etdirən Zelenski ilə Qərbin əməkdaşlığı yaxın perspektivdə davam edəcək. 

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı (SVR) məlumata görə, ABŞ və Böyük Britaniya Ukrayna prezidenti Volodimir Zelenskini əvəzləmək məqsədilə İsveçrənin Alp dağlarında gizli görüş təşkil ediblər. İddialara görə, toplantıda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və Ukraynanın sabiq silahlı qüvvələr baş komandanı, hazırda Londonda səfir olan Valeri Zalujnı iştirak ediblər.  Xəbər rəsmi təsdiqlənməyib.  

Aysel Mətləb

FOTOLAR

Rusiya kəşfiyyatından təxribat: “Alp dezinformasiyası” nə məqsədlə tirajlanıb? — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər