Kəlbəcərdən Türkmənbaşına uzanan yol: Böyük Qayıdış və regional həmrəylik naminə

Kəlbəcərdən Türkmənbaşına uzanan yol: Böyük Qayıdış və regional həmrəylik naminə
25.08.2025 13:10 Təhlil

“Avqustun 21-də Kəlbəcərə səfəri zamanı Prezident İlham Əliyevin səsləndirdiyi “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” fikri, şübhəsiz ki, son illərdə Azərbaycanın yürütdüyü siyasi, hərbi və ideoloji xəttin kulminasiya nöqtəsi, mahiyyətcə yekun rəmzidir”. 

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib. 

Onun sözlərinə görə, 32 ildən sonra kəlbəcərlilərin doğma torpaqlarına qayıdışı təkcə tarixi ədalətin bərpası deyil, eyni zamanda dövlətin xalq qarşısında götürdüyü öhdəlikləri nə dərəcədə böyük əzmkarlıq və qətiyyətlə yerinə yetirdiyini nümayiş etdirir:

“Böyük Qayıdış proqramının real nəticələr verməsi bir daha sübut edir ki, Azərbaycan xalqı bütün sınaqlara, çətinliklərə və tarixi sarsıntılara baxmayaraq, milli birliyini və mübarizə əzmini qoruyub saxlayıb”.

Parlamentari əlavə edib ki, avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan–Türkmənistan və Azərbaycan–Türkmənistan–Özbəkistan Zirvə görüşlərində Prezident İlham Əliyevin verdiyi mesajlar isə əldə olunan qələbənin artıq regional və beynəlxalq müstəvidə yaratdığı təsirləri aydın şəkildə ortaya qoyub. Xəzər üzərindən yükdaşımaların artırılması, Bakı və Türkmənbaşı limanlarının imkanlarının birgə əlaqələndirilməsi, enerji resurslarının dünya bazarlarına alternativ yollarla çıxarılması kimi məsələlər bu əməkdaşlığın təkcə iqtisadi deyil, həm də strateji təhlükəsizlik və Orta Dəhlizdə koordinasiyalı fəaliyyət baxımından əhəmiyyətini bir daha təsdiqləyib.

“Üçtərəfli Sammit isə Türk dünyasında yeni bir əməkdaşlıq formatının əsasını qoyub. Burada qəbul olunan qərarlar konkret layihələr və nəticələrlə müşayiət olunur. Türkmənistanın Füzulidə məscid, Özbəkistanın isə Xankəndidə sənaye müəssisəsi və Füzulidə məktəb inşa etməsi qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurun bərpasında birbaşa iştirakını göstərir. Bu addımlar yalnız maddi dəstək kimi deyil, həm də ortaq tarixi yaddaşın, dini-mənəvi dəyərlərin və qardaşlıq münasibətlərinin bariz təzahürü kimi dəyərləndirilməlidir”.

Deputatın qənaətincə, Prezident İlham Əliyevin həm Kəlbəcərdəki, həm də Türkmənbaşı sammitindəki çıxışı bir-birini tamamlayan strateji mesajlardır: daxildə ədalətin bərpası və məcburi köçkünlərin öz yurdlarına qayıdışı, xaricdə isə türk dünyasında həmrəyliyin və strateji əməkdaşlığın möhkəmləndirilməsi.

“Bu çıxışlar Azərbaycanın artıq daxili və xarici olmaqla paralel missiya daşıdığını göstərir. İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən qurulması və Türk dünyası ilə ortaq gələcəyin formalaşdırılması bunun ən aydın nümunələridir. Bu isə bir tərəfdən xalqımızın qələbə ruhunun davamlılığını, digər tərəfdən isə Azərbaycanın geniş coğrafiyada həyata keçirdiyi tarixi missiyanı aydın şəkildə əks etdirir”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.

Töhfə Səməd

FOTOLAR

Kəlbəcərdən Türkmənbaşına uzanan yol: Böyük Qayıdış və regional həmrəylik naminə — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 Bütün Xəbərlər