Ramiz Alıyev: “Buna görə hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparırlar…”

Ramiz Alıyev: “Buna görə hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparırlar…”
03.11.2025 22:18 Təhlil

"Son illərdə Azərbaycanda müşahidə olunan ictimai-siyasi proseslər bir daha göstərdi ki, ölkəmizin güclənməsi, dövlət institutlarının möhkəmlənməsi və milli təhlükəsizlik sisteminin təkmilləşməsi bəzi dairələri ciddi şəkildə narahat edir"

TodayPress TV xəbər verir ki, bunu İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, bu dairələrin başında isə “5-ci kalon” adlandırılan, xaricdən yönləndirilən və milli maraqlara zidd fəaliyyət göstərən çevrələr dayanır. Onların əsas hədəfi təkcə dövlətin siyasi kursu deyil, həm də bu kursun qoruyucusu olan hüquq-mühafizə orqanları, xüsusilə də polis sistemidir.

"Azərbaycan polisi müstəqillik dövrü ərzində dövlətçiliyin əsas dayaqlarından biri kimi formalaşmış, ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsində əvəzsiz rol oynayıb. Ölkənin sosial-siyasi həyatında baş verən hər bir mühüm hadisədə — istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə polis əməkdaşlarının fədakarlığı, vətənpərvərliyi və qətiyyəti hər kəsin gözü önündə olub. Polisin dövlətə və xalqa sədaqətlə xidməti, qanunçuluğa sadiqliyi və prinsipiallığı “5-ci kalon”un və radikal müxalifətin planlarını pozduğu üçün onlar sistemli şəkildə hüquq-mühafizə orqanlarını hədəfə almağa başladılar",- sədr vurğulayıb.

O əlavə edib ki, son beş ildə bu fəaliyyət daha açıq və koordinasiyalı xarakter alıb:

"Hüquq-mühafizə orqanlarında başlanmış istintaq prosesi “5-ci kalon”u ciddi şəkildə narahat edib. Çünki bu proses onların ifşa olunması, dövlət içərisindəki gizli təsir imkanlarının aradan qaldırılması deməkdir. Buna görə də hüquq-mühafizə orqanlarına qarşı çirkin kampaniya aparmaq üçün əlaltısı olan radikal müxalifət təmsilçilərinə və “söyüş müxalifətinə” xüsusi tapşırıqlar verilib. Nəticədə, onlara aid sosial şəbəkə hesablarında Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları haqqında ardıcıl şəkildə təxribat xarakterli paylaşımlar edilir, ictimai rəyi manipulyasiya etməyə və cəmiyyətdə inamsızlıq yaratmağa yönəlmiş informasiya hücumları təşkil olunur. Bu kampaniyalar əksər hallarda xaricdə yaşayan, özlərini “siyasi mühacir” kimi qələmə verən, əslində isə söyüş və təhqir dili ilə milli dəyərlərə, dövlət institutlarına hücum edən şəxslər vasitəsilə aparılır. Məqsəd aydındır — dövlətin dayaqlarını zəiflətmək, cəmiyyətdə parçalanma və qarşıdurma yaratmaq, xalqla dövlət arasında etimadı sarsıtmaq"

Onun sözlərinə görə, “5-ci kalon”un bu cəhdləri Azərbaycan cəmiyyətinin milli birliyi, dövlətə və Prezidentə olan sarsılmaz inamı qarşısında nəticəsiz qalır. Xalq yaxşı anlayır ki, hüquq-mühafizə orqanlarının, o cümlədən polisin başlıca vəzifəsi xalqın təhlükəsizliyini, ictimai asayişi və dövlətin sabitliyini qorumaqdır. Onların hər bir addımı qanun çərçivəsində, dövlətin və millətin maraqları naminə atılır.

"Azərbaycan polisi bu gün yalnız cinayətkarlığa qarşı mübarizə aparan struktur deyil, həm də milli təhlükəsizliyin, ictimai əmin-amanlığın və dövlət maraqlarının keşikçisidir. Polisin nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, xüsusilə də son illərdə ölkədə sabitliyin qorunmasında oynadığı mühüm rol dövlətimizin əsas dayaqlarından birinə çevrilib. Bu, təbii ki, xaricdən idarə olunan dağıdıcı qüvvələri, radikal və “söyüş müxalifətini” qıcıqlandırır. Onlar informasiya müharibəsi vasitəsilə Azərbaycan dövlətinin sütunlarını sarsıtmağa çalışsalar da, xalqın və dövlətin birliyi qarşısında bu cəhdlər hər dəfə puç olur. Reallıq ondan ibarətdir ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə sisteminin də şəffaflığını, peşəkarlığını və effektivliyini artırmaq istiqamətində ardıcıl addımlar atır. Bu proses bəzi dairələrin iddia etdiyi kimi sistemin zəifliyi deyil, əksinə, onun güclənməsi, təmizlənməsi və yenilənməsi deməkdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasət bir daha sübut edir ki, Azərbaycanın gələcəyi sabitlik, təhlükəsizlik və qanunun aliliyi üzərində qurulub",- sədr əlavə edib.

R. Alıyevin fikrincə “5-ci kalon”un və onun sifarişli ruporlarının bütün təxribatlarına baxmayaraq, Azərbaycan polisi xalqın etimadını, dövlətin dəstəyini və Prezidentin etibarını qazanmış bir güc strukturudur. Onların fəaliyyəti sözlə deyil, əməli ilə sübut olunur – istər sərhəddə, istər şəhər küçələrində, istərsə də fövqəladə vəziyyətlərdə polis Azərbaycan dövlətçiliyinin ön xəttində dayanır.

"Bu gün Azərbaycan cəmiyyəti daha aydın şəkildə dərk edir ki, ölkəmizin sabitliyi, təhlükəsizliyi və inkişafı hüquq-mühafizə orqanlarının güclü, çevik və qətiyyətli fəaliyyətindən asılıdır. Polisin və digər təhlükəsizlik qurumlarının nüfuzuna qarşı aparılan qarayaxma kampaniyaları yalnız dövlətin düşmənlərinə xidmət edir. Hər bir vətəndaş milli maraqların qorunmasında, dövlətçiliyin möhkəmlənməsində hüquq-mühafizə sisteminin yanında dayanmalı, təxribatlara qarşı ayıq-sayıq olmalıdır. “5-ci kalon”un məqsədi dövlətin sütunlarını sarsıtmaq, xalqla hakimiyyət arasında etimad körpüsünü dağıtmaqdır. Lakin Azərbaycan dövləti bu oyunlara heç vaxt getməyəcək. Çünki bu xalqın dayağı möhkəmdir — onun polisi, ordusu, hüquq-mühafizə orqanları Prezidentinin ətrafında sıx birləşib. Dövlətçiliyimizi qoruyan bu birlik qarşısında heç bir xarici təsir və daxili təxribat mane ola bilməz",- Ramiz Alıyev fikrini yekunlaşdırıb.

TodayPress TV



             


XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Bütün Xəbərlər