Eçmiədzin məğlub oldu: Paşinyan mövqeyini möhkəmləndirir

Eçmiədzin məğlub oldu: Paşinyan mövqeyini möhkəmləndirir
19.11.2025 17:51 Təhlil

Ermənistan Baş naziri Nikol Paşinyanın partiyası Eçmiədzin kilsəsinin də yerləşdiyi Vaqarşapatdakı bələdiyyə seçkilərində qalib gəlib. Rəsmi məlumata görə, qalib qüvvə böyüdülmüş icma rəhbərliyində 33 yerdən 19-nu qazanmaqla yerli hökuməti təkbaşına formalaşdıra biləcək.


Səsvermədə ənənəvi radikal-revanşist müxalifət çox az sayda səs alıb. Ancaq daşnaklar istisna olmaqla. Maraqlıdır ki, onlar “İrəli” partiyası ilə koalisiyada səslərin 31.9%-ni əldə edib 2-ci yeri tutublar.

Maraqlıdır, bəs bu uğur Paşinyana nə qazandıracaq?

Politoloq Fəqani Məhərrəmli məsələ ilə bağlı TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı erməni cəmiyyətində dərin şok effekti yaradaraq uzun illərin yalan üzərində qurulmuş siyasi və ideoloji təsəvvürlərini dağıtdı:


“Ermənistanda artıq anlayırlar ki, qonşu dövlətlərin torpaqlarını başqa ölkələrin təhriki və dəstəyi ilə işğal etmək, onları özününküləşdirməyə çalışmaq və saxta soyqırım iddiaları ilə başqa dövlətlərin hüquqi ərazilərinə göz dikmək erməni xalqının maraqlarına cavab vermir. Əksinə, bu addımlar onların milli maraqları ilə tam ziddiyyət təşkil edir”.

Ekspert bildirib ki, Ermənistanı uzun illər idarə edən, özlərini “qəhrəman” kimi təqdim edən siyasi qrupların iç üzü müharibədən sonra tam açılıb:

“Erməni cəmiyyətini uzun əsrlər saxta miflərlə kölələşdirən Erməni Kilsəsi də keçmiş “Qarabağ klanı”na dəstək verib, onları imtiyazlarla təmin edib. Vətən müharibəsindən sonra hər iki dini-siyasi güc ifşa olundu və cəmiyyət tərəfindən rədd edildi”.

Fəqani Məhərrəmlinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı kapitulyasiyasından sonra keçirilən seçkilər də bu siyasi qüvvələrin cəmiyyətdə nüfuzunun qalmadığını göstərdi:


“Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan kimi din dəstəkli avantüristlərin siyasi iflası ondan xəbər verir ki, qarşıdan gələn 2026-cı il parlament seçkilərində də bu qruplar məğlubiyyətə uğrayacaqlar”.

Ekspert əlavə edib ki, baş nazir Nikol Paşinyan cəmiyyətin nə istədiyini yaxşı anlayır və dini iyerarxiya ilə siyasi manipulyatorlara qarşı mübarizəsini davam etdirir:

“Son günlərdə, xüsusilə dini nüfuzun yüksək olduğu bölgələrdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının qalib gəlməsi göstərir ki, bu proses davam edəcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Bütün Xəbərlər