Macarıstan zəfərindən sonra Norrisdən maraqlı açıqlama!
“Formula-1” üzrə son dünya çempionu və “McLaren” komandasının pilotu Lando Norris Macarıstan Qran-prisində qazandığı qələbədən sonra mövsümün qalan hissəsi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “RacingNews365” nəşrinə açıqlama verib.
Britaniyalı sürücü bildirib ki, Budapeştdə əldə olunan uğur komandanın bütün yarışlarda eyni nəticəni göstərəcəyi anlamına gəlmir.
“Budapeştdə qalib gəldiyim üçün çox sevinirəm. Amma bu o demək deyil ki, orada sürətli idiksə, hər yerdə də elə olacağıq. Bir şeyi dəqiq öyrənmişəm – gələcəklə bağlı böyük gözləntilər qurmaq əvəzinə, bu gün gördüyün işə fokuslanmalısan. Düşünürəm ki, komandamız da məhz bu prinsiplə çalışır. Yenidən zirvəyə qayıtmağımızın səbəbi də budur. Hazırda isə sadəcə fasilədən zövq almaq istəyirəm”, – deyə Norris bildirib.
Namiq HUN