“Periodista Digital” yazır, Ermənistan inkar edir - “Tramp Körpüsü” ilə bağlı məlumatlar necə sızıb? – AÇIQLANDI

“Periodista Digital” yazır, Ermənistan inkar edir -  “Tramp Körpüsü” ilə bağlı məlumatlar necə sızıb? – AÇIQLANDI
24.07.2025 13:44 Təhlil

“Tramp Körpüsü” ilə bağlı yayılan iddialar Fransadakı erməni diasporu tərəfindən Qərb mətbuatına ötürülüb”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, hazırda Ermənistanın Nazirlər Kabinetinin bu versiyaları inkar etməsi isə bu planın bir parçasıdır. Bununla da Ermənistan xarici siyasətdə şəffaflıqdan uzaq, ziddiyyətli və qeyri-müstəqil davranışını bir daha nümayiş etdirib.

“Rəsmi İrəvan indi bu iddiaları təkzib etsə də, mövzu ilk dəfə deyil ki, gündəmə gəlir. Bir müddət əvvəl də Zəngəzur dəhlizinin 100 illik icarəyə verilməsi ilə bağlı yayılan məlumatlar Ermənistan tərəfindən dərhal inkar edilsə də, sonradan ABŞ-nin Türkiyədəki səfiri belə bir təklifin həqiqətən irəli sürüldüyünü təsdiqləmişdi. Bu isə İrəvanın təkziblərinin etibarsızlığı və qeyri-səmimiliyini ortaya qoyur”.

Analitik diqqətə çatdırıb ki, Azərbaycanın bu məsələdə mövqeyi isə aydın və birmənalıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində hər hansı xarici operatorun fəaliyyəti mümkünsüzdür. Bu, o deməkdir ki sözügedən “Tramp Körpüsü” layihəsi barədə hər hansı üçtərəfli memorandumdan danışılırsa, bu Azərbaycanın iştirakı olmadan baş verə bilməz.

Politoloqun qənaətincə, buna baxmayaraq, ABŞ-Ermənistan arasında müəyyən danışıqların getməsi ehtimalı realdır. Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-yə aid şirkətin Zəngəzur dəhlizində qarantor kimi çıxış etməsini istisna etməməsi, bu ehtimalları daha da gücləndirir.    

“Paşinyan hökuməti cəmiyyətə real vəziyyəti çatdırmır, Rusiyanın qəzəbinə tuş gəlməkdən ehtiyat edir. Çünki Ermənistan bu gün bir çox vacib sahələrdə Moskvadan asılı vəziyyətdədir və mümkün iqtisadi və siyasi təzyiqlərin qarşısını almaq üçün bəzi geosiyasi niyyətlərini gizlətmək məcburiyyətindədir. Bütün bu məqamları nəzərə alsaq, rəsmi İrəvanın indiki təkzibi də böyük ehtimalla reallıqdan uzaqdır”.  

E.Xalidbəyli “Tramp Körpüsü” məsələsinin nə qədər real olduğunu Paşinyanın Rusiya səfərindən sonra daha aydınlaşacağını bildirib.  

“Ermənistan hələlik müstəqil, prinsipial və qətiyyətli siyasət yürütmək imkanlarından məhrumdur. Ona görə də çalışır ki, zaman qazansın, məsuliyyəti yayındırsın və daxili auditoriyanı çaşdırsın”, - deyə o fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, iyulun 23-də İspan mediası Azərbaycan, Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinin yaradılmasına dair memorandumun razılaşdırıldığını yazıb. Sənəddə layihəyə “Tramp körpüsü” adı verildiyi də bildirilib. Lakin Ermənistan Nazirlər Kabineti dərhal bu məsələnin həqiqəti əks etdirmədiyini açıqlayıb. Müvafiq məqalələrin reallıqla heç bir əlaqəsinin olmadığı vurğulanıb.   

Töhfə Səməd

FOTOLAR

“Periodista Digital” yazır, Ermənistan inkar edir -  “Tramp Körpüsü” ilə bağlı məlumatlar necə sızıb? – AÇIQLANDI — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər