Müttəfiq rəqiblər: Dünya düzənini formalaşdıran siyasət

Müttəfiq rəqiblər: Dünya düzənini formalaşdıran siyasət
10.10.2025 17:31 Təhlil

ABŞ Prezidenti Donald Tramp Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı jurnalistin “Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyi planlaşdırırmı?" sualına “Ola bilər” cavabını verib.   

ABŞ lideri onu da bildirib ki, o, müəyyən yerdəyişmələri istisna etməsə də, hazırda ABŞ qoşunlarını Avropadan çıxarmaq niyyətində deyil.  

“Rusiya ilə açıq qarşıdurma nüvə müharibəsini qaçılmaz edərdi”

Ağ Ev liderinin açıqlamalarını TodayPress TV-yə şərh edən politoloq Taleh Əliyev bildirib ki, Trampın Rusiya ilə bağlı zaman-zaman ziddiyyətli açıqlamaları olub.

“Trampın bir gün müharibənin səbəbkarı, bir gün isə qurbanı adlandırdığı Rusiya ilə bağlı bundan sonra da bir-birini təkzib edən bəyanatlarının şahidi olacağıq. Ona görə də onun bu cür açıqlamaları əsasında hadisələrin bundan sonrakı inkişafı barədə qəti əminliklə söz demək və ya proqnoz vermək düzgün deyil. Lakin ABŞ kimi qüdrətli bir dövlətin bəlli bir siyasəti var. Bu siyasətin mahiyyəti yeni dünya düzəninin formalaşmasından ibarətdir. Bəlkə də, bu gün Amerika Trampın bu cür ziddiyyətli açıqlamalarını, necə deyərlər, təqdir edir. Çünki Rusiya ilə açıq qarşıdurma nüvə müharibəsini qaçılmaz edərdi. Rusiya ilə fərqli münasibət isə bu kimi ziqzaqvari siyasətin həyata keçirilməsini tələb edir”.

“Rusiya bir çox məsələlərdə tək deyil”

Ekspert vurğulayıb ki, Rusiya bir çox proseslərdə tək deyil: 

"Rusiyanın Ukraynaya, eləcə də dünyanın digər regionlarında baş verən proseslərə münasibətdə apardığı siyasəti sona qədər dərk etmək mümkün olmadığı halda, ona qarşı tədbir görmək və onu oyun qaydalarına məcbur etmək asan deyil. Nəzərə alsaq ki, bu gün Rusiya bir çox məsələlərdə tək deyil. BMT-nin beş daimi üzvündən biri olan Çin tam dəstək verməsə də, bir çox məsələlərdə Rusiya ilə birgə hərəkət edir. Həmçinin Qərbə qarşı münasibəti pozitiv olmayan digər dövlətlər də Rusiyanın müttəfiqi kimi çıxış edə bilərlər. Bu səbəbdən düşünürəm ki, Donald Trampın bu cür bəyanatları bundan sonra da davam edəcək. Amma biz ABŞ rəsmilərinin açıqlamalarından daha çox dövlətin həyata keçirdiyi siyasəti ciddi qəbul etməliyik. Çünki istər Ukraynaya, istər NATO və Avropa İttifaqına münasibətdə, xüsusilə də Avropanın silahlanması məsələsində ABŞ ilə Qərb arasında bəzi fikir ayrılıqları mövcuddur. Lakin biz bu iki qütbün rəqibdən çox müttəfiq kimi hərəkət etdiyinin siyasi proseslərdə şahidi oluruq. Beləliklə, dünyanın hazırkı mərhələsində ABŞ ilə Rusiya arasında bu kimi ziddiyyətli açıqlamaların daha çox şahidi olacağıq",- deyə T.Əliyev fikirlərini yekunlaşdırıb.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Müttəfiq rəqiblər: Dünya düzənini formalaşdıran siyasət — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Bütün Xəbərlər