Moskva görüşü: Paşinyana alternativ kimdir?

Moskva görüşü: Paşinyana alternativ kimdir?
01.04.2026 16:23 Təhlil

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.


Kremlin mətbuat xidmətinin məlumatında bildirilib ki, danışıqlar zamanı Putin və Paşinyan bir çox məsələni, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

Bəzi ekspertlər hesab edirlər ki, Paşinyan Kremlin seçkiöncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edəcəyinə əmindir. O, məhz bunun qarşısını almaq üçün Moskvaya yola düşür.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiya–Ermənistan münasibətlərində ciddi dəyişikliklər müşahidə olunub:


“Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən sonra Rusiya–Ermənistan münasibətlərində kifayət qədər ciddi dəyişikliklər baş verdi. Əslində, Paşinyanın əsas məqsədi ölkəni Rusiyanın təsir dairəsindən çıxarmaq, eyni zamanda qərbyönümlü dövlət formatında Ermənistanın xarici və daxili siyasətində addımlar atmaqla bağlı müəyyən gedişlər etməkdir”.

Ekspert qeyd edir ki, Ermənistanda Rusiyanın təsir mexanizmləri hələ də strukturlaşmış şəkildə qalmaqdadır:

“Ermənistanda Rusiyanın “5-ci kolon”u kifayət qədər təşkilatlanmış formadadır. “5-ci kolon”a rəhbərlik edənlərin kifayət qədər maliyyə resurslarının olması ilə paralel, həm də dövlət təcrübələri var. Sabiq prezidentlər, kilsə və xarici diaspor təşkilatları Ermənistanda əslində Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olan qurumlardır. Paşinyan fəaliyyətə başladığı qısa müddət ərzində hər üç istiqamətə qarşı hücum təşkil etdi”.

Politoloqun sözlərinə görə, Paşinyanın addımları nəticəsində xüsusilə kilsə və diasporun təsiri zəifləyib:

“Artıq kilsə əvvəlki müqəddəsliyini qoruyub saxlaya bilmir. Çünki kilsə rəhbəri haqqında nəinki tənqid, hətta siyasi ritorikaya uyğun olmayan formada ifadələrin işlədilməsi, onun ittiham olunması, keşiş andının pozulması ilə bağlı məsələlər var. Diasporla bağlı məsələlərdə isə Paşinyan demək olar ki, xarici diasporanın onilliklər boyu Ermənistan dövlətinə yardımından imtina etdi. Bu, diasporanın Ermənistan hökuməti üzərində təsir imkanlarını kifayət qədər zəiflətdi və demək olar ki, yox dərəcəsinə qədər endirdi”.

B.Həsənbəyli əlavə edib ki, keçmiş hakim elitalara qarşı sərt ritorika da bu siyasətin tərkib hissəsidir:

“Bundan başqa, keçmiş “Qarabağ klanı”na rəhbərlik edən sabiq prezidentlər var. Onlar haqqında kifayət qədər aşağılayıcı ifadələrdən istifadə etməsi onu göstərir ki, Paşinyan bu gün Rusiyanın təsir dairəsində olan üç qrupun zərərsizləşdirilməsi ilə bağlı ardıcıl addımlar atır. Amma hadisələrin gedişi onu da göstərir ki, Rusiya da özünün Cənubi Qafqazdakı son qalasından, yəni Ermənistandan imtina etmək niyyətində deyil və Ermənistana təsir imkanlarını gücləndirmək üçün növbəti kartları dövriyyəyə buraxır”.

Siyasətçi Rusiya faktorunun yeni fiqurlar üzərindən də aktivləşdirildiyini vurğulayıb:


“Samvel Karapetyanın Rusiya kartı olması, Rusiyanın təsir dairəsində olan iş adamı və milyarder olması heç kəsə sirr deyil və onun gündəmə gətirilməsi təsadüf hesab olunmur. “Taşir” şirkətlər qrupunun rəhbəri olan Karapetyan Ermənistanın enerji resursları, elektrik və qaz təchizatı məsələlərində bilavasitə əsas oyunçulardan biridir. Gələcəkdə ölkə üzərindən Paşinyana təsir etmək imkanları kifayət qədər yüksəkdir, çünki ölkədə qaz və elektrik təminatı ilə bağlı məsələlər birbaşa onun şirkətlər qrupuna tabedir”. 

Onun fikrincə, Rusiya rəhbərliyi Ermənistan hakimiyyətinin əvvəlki bəyanatlarını unutmayacaq:

“Putinin Paşinyanın, Alen Simonyanın və Ararat Mirzoyanın Rusiya ilə bağlı fikirlərini unudacağını düşünmürəm. Putin xarakteri etibarilə kifayət qədər qisasçı siyasi liderlərdəndir. O baxımdan Paşinyanın Rusiya səfərinin münasibətlərin yumşaldılmasına xidmət edəcəyini düşünmürəm. Ola bilsin ki, şərti olaraq müəyyən müzakirələr aparılsın, razılaşmalar əldə olunsun, amma seçkilərdə Rusiya qarşısına qoyduğu məsələnin nəticəyə qədər davam etməsi üçün bütün səylərini göstərəcək”.

Sonda politoloq Paşinyanın daxili siyasi mövqeyi ilə bağlı qiymətləndirmə aparıb:


“Hələ ki, Paşinyana alternativ olacaq güclü siyasi lider yoxdur. Paşinyana müxalif qüvvələrin ən zəif cəhəti isə onların kifayət qədər iddialı olmaları və bu iddiaların onların bir araya gəlməsinə mane olmasıdır. O baxımdan düşünürəm ki, Paşinyan sabit elektoratı ilə paralel olaraq, parçalanmış müxalifətin qalib gəlməməsi üçün öz elektoratını daha da genişləndirməyə çalışacaq. Paşinyan bilir ki, parlament seçkiləri onun üçün yalnız siyasi fəaliyyət deyil, həm də şəxsi təhlükəsizlik baxımından əhəmiyyətli məsələdir. İkinci Qarabağ müharibəsində Ermənistan üzərində Azərbaycanın qələbə qazanması və Qarabağın tam şəkildə erməni işğalından azad edilməsi məsələsini revanşistlər Paşinyana bağışlamayacaqlar. Paşinyan da bunu yaxşı bildiyi üçün var gücü ilə qələbə üçün çalışır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Bütün Xəbərlər