Legitimlik yoxdur!” — Sabiq prezident müxalifətlə BİRLƏŞDİ!

Legitimlik yoxdur!” — Sabiq prezident müxalifətlə BİRLƏŞDİ!
28.10.2025 10:44 Təhlil

Gürcüstanın paytaxtı Tbilisidə siyasi gərginlik pik həddə çatıb. 

Oktyabrın 26-da şəhərin mərkəz küçələri müxalifət qüvvələrinin kütləvi yürüşü və parlament qarşısındakı mitinqə şahidlik edib. Aksiyada müxalifət partiyalarının liderləri, vətəndaş hərəkatları, habelə Avropa İttifaqına inteqrasiya xəttinə dəstək verən fəalların saxlanılan və ya məhkum edilən üzvlərinin ailələri iştirak ediblər.

Aksiyaya Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də qoşulub. O, tərəfdarlarına müraciət edib və etirazları davam etdirməyə səsləyib:


“Seçkilərdən bir il keçməsinə baxmayaraq, "Gürcü Arzusu" nə beynəlxalq, nə də daxili səviyyədə legitimlik qazana bildi. Gürcüstanın gələcəyi — yeni siyasi məkan, yeni cəmiyyət və yeni seçkilərdir. Biz burada bunun naminə dayanmışıq”.

Zurabişvilinin bu çıxışı yerli ekspertlər tərəfindən “müxalifətlə tam açıq ittifaqa keçid” kimi qiymətləndirilir.

Gürcüstandakı siyasi gərginliyin sonu necə görünür?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Polad Mehdiyevin sözlərinə görə, hazırkı şəraitdə Gürcüstanda siyasi proseslərin istiqaməti iki amildən asılı olacaq: hökumətin kompromisə meyli və müxalifətin təşkilatlanma bacarığı.


Əgər tərəflər dialoq yolunu tapsalar, bu, həm daxili sabitliyə, həm də Avropa İttifaqı ilə inteqrasiyaya müsbət təsir göstərə bilər. Amma təzyiq və həbslərin davamı siyasi böhranı dərinləşdirə, ölkəni beynəlxalq təcridə sala bilər.

Ekspertin fikrincə, Azərbaycan baxımından Gürcüstandakı hadisələr strateji əhəmiyyət daşıyır:


“Hər iki ölkə arasında sıx enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənubi Qaz Dəhlizi və digər regional layihələrin davamlı fəaliyyəti məhz Gürcüstandakı sabit mühitdən asılıdır. Gürcüstanda yaşayan azərbaycanlı icmanın rifahı və hüquqlarının qorunması da sabit siyasi sistemdən asılıdır. Buna görə də Azərbaycan Gürcüstanın Avropa inteqrasiyası kursunu və demokratik inkişafını dəstəkləməkdə maraqlıdır”.

Analitik Tbilisidəki hadisələrin Cənubi Qafqazda yeni siyasi balansın formalaşmasına təsir göstərə biləcəyini düşünür. Onun qənaətincə, Gürcüstan sabit və istiqrarlı qalarsa, Azərbaycanla strateji tərəfdaşlıq daha da güclənəcək; əks halda, regionda risklər və qeyri-müəyyənliklər arta bilər.


“Tbilisidə etirazların yenidən alovlanması Gürcüstan siyasətində yeni mərhələ açıb. Aksiyaların miqyası və keçmiş prezident Salome Zurabişvilinin müxalifətlə açıq şəkildə eyni cəbhədə dayanması ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib. Etirazçılar “Gürcü Arzusu” hökumətini legitim saymır, yeni seçkilər və Avropa İttifaqına inteqrasiyanın bərpasını tələb edirlər. Hökumət isə bu yürüşləri “dövlət nizamına qarşı təxribat” kimi qiymətləndirir və bəzi müxalifət liderlərinə qarşı cinayət işi açıb.

Bu vəziyyət Gürcüstanın daxili sabitliyinə və beynəlxalq imicinə ciddi təsir göstərə bilər. Əgər tərəflər dialoqa gedə bilsələr, gərginlik seçkilərin yenilənməsi və siyasi sistemin liberallaşması ilə nəticələnə bilər. Amma qarşıdurma dərinləşərsə, ölkənin inteqrasiyası prosesi ləngiyəcək və regionda qeyri-sabitlik yarana bilər”, - deyə Polad Mehdiyev fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniyaya soxulan miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Bütün Xəbərlər