Kiyevdə siyasi təlatüm: Korrupsiya qalmaqalı nə ilə nəticələnəcək?

Kiyevdə siyasi təlatüm: Korrupsiya qalmaqalı nə ilə nəticələnəcək?
20.11.2025 11:11 Təhlil

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın ətrafında yaranan korrupsiya qalmaqalı Volodimir Zelenski hakimiyyətinə həm daxili, həm də xarici təzyiqi artırıb. “Kölgə rəhbər” kimi tanınan Yermakın istefası artıq həm müxalifət, həm də hakim partiya daxilindən tələb olunur. Bu skandal Kiyevdə güc balansını pozur və Ukraynanın Qərblə münasibətlərində yeni risklər yaradır. 


Maraqlıdır, Zelenski komandasında Yermakın ətrafında dərinləşən korrupsiya qalmaqalı Ukraynanın daxili siyasi sabitliyinə və ABŞ–Aİ ilə münasibətlərinə hansı təsirləri yarada bilər? Bu proses Zelenski hakimiyyəti üçün real siyasi böhrana çevrilə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki,  Yermakın gedişi Ukrayna hakimiyyətində çatlar yaradır və müxalifətin fəallaşmasını gücləndirir:


"Ukrayna hökumətində Andrey Yermakın istefası — hansı ki, o, prezident administrasiyasının rəhbəri və Zelenski hakimiyyətinin əsas fiquru idi — hakimiyyət daxilində ciddi çatların yaranmasına səbəb ola bilər. Bu gediş güc balansının pozulması ehtimalını artırır. Xüsusilə nəzərə almaq lazımdır ki, Ali Radada müxalifət son vaxtlar daha sıx koordinasiya edir. Keçmiş prezident Petro Poroşenko ilə keçmiş baş nazir Yuliya Timoşenko arasında hökumətin istefasına yönəlmiş kampaniya barədə razılaşmanın əldə olunduğu iddia edilir".

Onun sözlərinə görə, prezident seçkilərinin keçirilməməsi gərginliyi artırır və Zelenski komandanı dəyişməklə bunu yumşaltmağa çalışa bilər:


"Ukrayna siyasi cəhətdən olduqca aktiv ölkədir və uzun müddət seçkilərin keçirilməməsi (müharibə şəraitinə görə) daxili siyasi gərginliyi daha da dərinləşdirə bilər. Zelenski komanda daxilində dəyişikliklərə gedərək, hətta müxalifətdən bir neçə şəxsi hökumətə cəlb etməklə situasiyanı yumşaltmağa cəhd göstərə bilər. Bu, kifayət qədər real siyasi addımdır".

O, həmçinin Yermak qalmaqalının Zelenskinin imicini zəiflətdiyini vurğulayıb:


"Lakin hakimiyyətdə korrupsiya qalmaqallarının gündəmə gəlməsi prezidentin imicinə ciddi zərbə vurur. Hazırda həm cəbhədə vəziyyət gərgindir, həm də Rusiya ilə ABŞ və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar yeni mərhələyə qədəm qoyub. Məhz belə bir vaxtda əsas fiqurun istefası Zelenski komandasına “məğlubiyyət sindromu” yaşada bilər".

"Atəşkəs sonrası seçkilər Zelenski üçün risklidir".

Ekspertin fikrincə,  atəşkəs razılaşmasının imzalanmasından və hərbi vəziyyətin aradan qalxmasından sonra keçiriləcək növbəti prezident seçkilərində bu proses Zelenski üçün ciddi mənfi nəticələr doğura bilər. Bununla belə, vəziyyətdən çıxmaq üçün müəyyən imkanlar da mövcuddur. Əgər Zelenski baş verən proseslərin məsuliyyətini üzərinə götürərək komandanı yeniləməyi bacarsa, bu, onun mövqelərinin güclənməsinə səbəb ola bilər.

Z.Əmrəliyev eyni zamanda əlavə edib ki, Korrupsiya ifşası Ukraynanın hüquqi imicini gücləndirə və Zelenskiyə də müəyyən üstünlük verə bilər:

"Bununla yanaşı, qeyd etmək lazımdır ki, Ukrayna həqiqətən hüquqi dövlət nümunəsi göstərir: hakimiyyət daxilindəki korrupsiya faktlarının rəsmi şəkildə ifşa olunması bu baxımdan müsbət addımdır. Bu proses, paradoksal şəkildə, həm də Zelenskinin şəffaflıq iddiasına əlavə üstünlük qazandıra, onun siyasi mövqelərini müəyyən qədər gücləndirə bilər".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 Bütün Xəbərlər