Xamenei ÖLDÜRÜLƏRSƏ... — İranın "VARİS PLANI" sızdırıldı!

Xamenei ÖLDÜRÜLƏRSƏ... — İranın "VARİS PLANI" sızdırıldı!
23.02.2026 17:01 Təhlil

“The New York Times”ın  (NYT) yaydığı məlumata görə, İranın Ali Dini Rəhbəri Əli Xamenei ABŞ və ya İsrailin mümkün hücumu zamanı öldürülməsi halında yüksək səviyyəli köməkçilərinə necə hərəkət etməli olduqlarına dair göstərişlər verib. 

Bu təlimatların fövqəladə vəziyyətlərdə tətbiq olunacaq səlahiyyət bölgüsü və komanda zəncirini əhatə etdiyi bildirilir. 

Həmçinin iddia edilir ki, Xameneinin öldürülməsi halında onun yerinə sadiq köməkçisi, ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani keçəcək.


Məlumdur ki, belə strateji post üçün varis məsələsi spontan qərar ola bilməz. Bəs “varis planı”nın sızdırılmasının səbəbi nədir?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli yayılan məlumatların təsadüfi olmadığını düşünür:


“Bu məsələ sadəcə fikir yanıltmasıdır. Ölkədəki siyasi sistemə nəzər saldıqda bu variant həm maraqlı, həm də müxtəlif aspektlərdən məntiqli görünür. İranda Ali Dini Liderin seçilməsi Məsləhət Şurası tərəfindən həyata keçirilir. Əslində, bu seçkinin özü də formal xarakter daşıyır. Reallıqda isə proses təhlükəsizlik orqanlarının rəyi və rejimin ideoloji prinsiplərinə əsaslanır. Bu isə o deməkdir ki, varis məsələsi qəfil verilən qərar ola bilməz. 12 günlük müharibədə öldürülən generalların yerinə bir neçə saat sonra yenilərinin təyin edilməsi də bu qəbil məsələlərdən idi. Böyük ehtimalla dini liderin varisi çoxdan müəyyən edilib və onun kimliyi ciddi təhlükəsizlik səbəbilə məxfi saxlanılır”.

ƏLAVƏ RİSK 

Ekspert hesab edir ki, mövcud şəraitdə varisin adının açıq elan olunması əlavə risk yarada bilər:

“Bu onu növbəti hədəfə çevirmək deməkdir. Əli Laricani sistem daxilində tanınmış fiqur olsa da, o, İslam inqilabının simvollarından deyil. Hətta SEPAH-ın belə namizədi hesab olunmur. Ən başlıcası isə Laricaninin dini lider seçilərkən tələb olunan şərtlərdən biri olan dini titulunun olmamasıdır”. 

PLAN REALLAŞARSA…

B.Həsənbəyli mümkün ssenarilərdə rejimin davranış modelinə də toxunub:


“Baş verəcək hər hansı bir sui-qəsd və ya xarici hücum nəticəsində dini liderin ölümü reallaşarsa, o zaman bu vəziyyət rejim tərəfindən Qasım Süleymani hadisəsində olduğu kimi İslamda müqəddəs hesab olunan şəhidlik anlayışı çərçivəsində təqdim olunacaq. Bu amildən həm daxili etirazların yatırılmasında, həm də arxa plana keçirilməsində istifadə ediləcək, ötəri olsa belə, daxili müxalif dalğa müvəqqəti susdurulacaq və ya milli birlik adı altında elan olunacaq “düşmənlə” mübarizəyə sövq ediləcək. İran rejimi zaman-zaman bu üsuldan istifadə edir, böhranları ideoloji çərçivəyə salaraq siyasi sabitlik formatı yarada bilir. Rejim məhz SEPAH-ın və mühafizəkar qanadın dəstəyi ilə dini liderin varisini müəyyən edibsə, bu, post-Xamenei dönəmində qısa müddətli olsa belə, növbəti legitimlik şansının əldə olunmasına səbəb olacaq”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər