Kiyev-Moskva danışıqları niyə dayandırılıb? - Politoloq AÇIQLADI

Kiyev-Moskva danışıqları niyə dayandırılıb? - Politoloq AÇIQLADI
13.11.2025 11:25 Təhlil

“Belə bir vəziyyətdə Ukrayna və Rusiya liderləri Budapeştdə görüşsəydilər, bu, Ukraynanın mövqelərini zəiflədə bilərdi”.

Politoloq Yusif Bağırzadə bu fikirləri TodayPress TV-yə danışarkən bildirib. 


O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən görüş zamanı Kiyev və Moskva dövlət başçılarının görüşməsi barədə razılığa gəlmişdilər. Hətta  Alyaska görüşündən sonra Avropa liderləri ilə görüşən Tramp belə bir bəyanat vermişdi ki, artıq Putinlə razılıq əldə olunub. Lakin Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutduqdan sonra Rubio Trampa məlumat verib ki, Rusiya hələlik danışıqlara hazır deyil. 

“Razılaşmaya əsasən danışıqlar Budapeştdə keçirilməli idi. Bu, Macarıstan Prezidenti Viktor Orbanın hakimiyyətinə siyasi dəstək kimi qiymətləndirilir. 2026-cı ildə Macarıstanda keçiriləcək seçkiləri də nəzərə alsaq, görüşün Budapeştdə planlaşdırılması həm Rusiya, həm də ABŞ tərəfindən Orban hakimiyyətinə bir növ “hədiyyə” idi. Lakin Rusiya tərəfi bu danışıqlar prosesinin pozulduğu barədə bəyanatlar səsləndirib”, - deyə analitik vurğulayıb. 

Ekspertin fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski də bu görüşdə iştirak etmək istəmirdi, çünki o, Orbanın Ukraynaya qarşı mənfi münasibətinə hakim idi: 

“Orban Avropa İttifaqının (Aİ) Ukraynaya etdiyi yardımlara dəfələrlə veto qoyub. Buna görə də Kiyev, Macarıstanın Aİ adından ev sahibliyi etməsini istəmirdi. Son iki-üç gün ərzində Rusiya və Macarıstan hakimiyyətləri bu görüşün yenidən bərpa ediləcəyi və yaxın vaxtlarda baş tutacağı barədə bəyanatlar versələr də, Zelenski Budapeştdə Rusiya prezidenti ilə görüşməyin məqsədəuyğun olmadığını hesab edərək bundan imtina edib”. 

Siyasi şərhçinin sözlərinə görə, Aİ, xüsusilə də Almaniya Ukraynaya yeni yardım paketləri hazırlayır. ABŞ də Aİ ölkələri və NATO ilə razılaşdırılmış şəkildə yeni hərbi yardım paketi üzərində işləyir.  

“Almaniya 3 milyard avro dəyərində yardım hazırlayıb, bundan öncə isə 8,5 milyard avro ödəmişdi. Bundan başqa, Almaniya artıq iki “Patriot” hava hücumundan müdafiə raketlərini Ukraynaya təqdim edib. Kiyevə isə hava məkanını tam qoruya bilməyi üçün ümumilikdə 20-yə yaxın “Patriot” sistemi lazımdır”, - deyə Y.Bağırzadə əlavə edib. 

O sonda bildirib ki, belə bir vəziyyətdə Putin və Zelenski Budapeştdə görüşsəydilər, bu, Ukraynanın mövqelərini zəiflədə bilərdi. 

Qeyd edək ki, Ukrayna XİN Kiyev və Moskva arasında hər hansı bir sülh danışıqlarına rəsmi olaraq son qoyulduğunu bəyan edib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər