“Kim gəlirsə, gəlsin”: Şah oğlundan inqilabçı olar?

“Kim gəlirsə, gəlsin”: Şah oğlundan inqilabçı olar?
08.01.2026 13:34 Təhlil

“1979-cu il inqilabından sonra İrandan qovulmuş Məhəmməd Rza Şahın oğlu Rza Pəhləvinin son dönəmdə yenidən aktivləşməsi və İran xalqını küçələrə çağırması onun real siyasi çəkisinin göstəricisi deyil, daha çox Qərbə mesaj vermək cəhdidir”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə açıqlamasında deyib. 


Ekspertin sözlərinə görə, Rza Pəhləvi bundan əvvəl İran üçün keçid planı hazırladığını və bu planı ABŞ Prezidenti Donald Trampla müzakirə etmək istədiyini açıqlasa da, Ağ Evdən hər hansı müsbət cavab almayıb:

“Qərb dairələri, xüsusilə ABŞ, Pəhləvi kartına ehtiyatla yanaşır. Bu səbəbdən Rza Pəhləvinin mitinq çağırışları həm Vaşinqtona, həm də İsrailə “İran daxilində sosial dayağım var” mesajı vermək cəhdidir”.

Kazım Kazımov hesab edir ki, bu çağırışın İran cəmiyyətində geniş rezonans doğurması real görünmür:

“Bu gün İranda etirazların əsas sosial bazasını gənclər, ticarətçilər və kasıb təbəqə təşkil edir. Kəskin devalvasiya və onun inflyasiyaya təsiri artıq mərkəzi şəhər və rayonlara yayılıb. Etiraz edən əsas kütlə fars mənşəli vətəndaşlardır. Lakin bu o demək deyil ki, onlar avtomatik olaraq şahçı mövqedədirlər”.

Siyasətçi vurğulayıb ki, etirazçılar arasında Pəhləvi rejiminin 54 illik şovinist siyasətini unutmayanlar az deyil:


“Etirazçıların bir qismi “kim gəlirsə, gəlsin” psixologiyası ilə Rza Pəhləvini dəstəkləyə bilər. Amma bu, ideoloji sədaqət deyil, ümidsizlikdən doğan müvəqqəti mövqedir. Hər fars etirazçı şahçı deyil və Pəhləvilərin zülmünü xatırlayan sosial təbəqə hələ də mövcuddur”.

Kazım Kazımov xatırladıb ki, İran etiraz mühitində təkcə şahçılar yox, çoxsaylı siyasi və ideoloji qruplar mövcuddur:

“Etirazlar arasında 1979-cu il inqilabında iştirak edib sonradan sistemdən kənarlaşdırılmış Tudəçi solçular, Milli Cəbhəçi millətçilər, liberallar, mühafizəkarlar var. Bundan başqa, həm Pəhləvilərlə, həm də mövcud rejimlə eyni dərəcədə düşmən münasibətdə olan Xalq Mücahidləri də aktivdir. İnqilabdan sonra İranda təkcə şahçılıq ideologiyası inkişaf etməyib və bu fakt Pəhləvi ailəsinin sosial dayağının zəifliyini açıq şəkildə göstərir”.

Ekspert xüsusilə qeyri-fars etnik qrupların mövqeyinə diqqət çəkib:

“Pəhləvi ailəsi başda azərbaycanlılar olmaqla qeyri-fars xalqlar tərəfindən nifrətlə xatırlanır. Rza Pəhləvinin atası və babası on minlərlə soydaşımızı və digər xalqların nümayəndələrini repressiyaya məruz qoyub. Bu tarixi yaddaş hələ də canlıdır”.

Kazım Kazımovun fikrincə, Rza Pəhləvinin İran cəmiyyətindən qopmasının daha bir səbəbi onun uzun illər ölkədən kənarda yaşamasıdır:  

“O, 16 yaşında İrandan çıxıb və 1977-ci ildən bəri bu ölkəyə ayaq basmayıb. Bioloji baxımdan fars olsa da, sosial və mədəni olaraq çoxdan amerikalılaşıb. 48 ildir ABŞ-də yaşayan bir şəxsin İran cəmiyyətinin real problemlərini dərindən dərk etməsi mümkün deyil”.

Ekspert hesab edir ki, Rza Pəhləvinin özünü alternativ lider kimi görməsi əsasən ailədaxili təlqinlərin nəticəsidir. 


Sonda analitik Qərbin mövqeyinə toxunaraq bildirib ki, Rza Pəhləvi üzərində beynəlxalq konsensus formalaşmayacaq:

“Son günlərdə adı yenidən gündəmə gəlsə də, Qərb dairələrinin “Rza Pəhləvi” fiquru ətrafında razılığa gələcəyini düşünmürəm. İran cəmiyyəti mürəkkəbdir, tarixi travmaları dərindir və bu ölkədə şah oğlundan inqilabçı olmaz”.

Qeyd edək ki, İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Fox News” telekanalına müsahibəsində yenidən İrana qayıtmağa hazır olduğunu deyib:

“Son mübarizəni idarə etmək üçün həmvətənlərimin yanında olmağa indi həmişəkindəən daha çox hazıram”.   

Xatırladaq ki, Tehranda dekabrın 28-də mağaza satıcıları tərəfindən rialın devalvasiyasına qarşı başlanan etirazlar hazırda bütün ölkəyə yayılıb.

Ölkədə ən az 34 nəfərin polis tərəfindən öldürüldüyü, 2000-dən çox etirazçının isə həbs olunduğu bildirilir.  

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Bütün Xəbərlər