Ərdoğandan sonra prezident kim olacaq? – 4 nəfərin adı açıqlandı

Ərdoğandan sonra prezident kim olacaq? – 4 nəfərin adı açıqlandı
23.12.2025 15:38 Təhlil

“Hurriyet”in köşə yazarı Abdulkadir Selvi yazır ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası daxilində “Ərdoğan sonrası” mövzusu süni qarşıdurma yaratmaq məqsədi daşıyır. Onun fikrincə, hələlik “Ərdoğan sonrası yenə Ərdoğandır”. Bununla belə, müzakirələrdə dörd ad ön plana çıxır: Rəcəb Tayyib Ərdoğanın xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın, oğlu Bilal Erdoğan və “Baykar”ın rəhbəri Selçuk Bayraktar. Ərdoğanın hazırkı səlahiyyət müddəti 2028-ci ildə başa çatır və yenidən namizədliyi açıq sual olaraq qalır. 

Maraqlıdır, bu müzakirələr Türkiyədə siyasi sabitlik üçün risk ola bilərmi?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Şakir Ağayev bildirib ki,  Ərdoğandan sonra varislik müzakirələri AKP daxilində parçalanma riski yarada bilər: 


"Bəli, bu cür açıqlamalara Türkiyə mətbuatında tez-tez rast gəlinir. Ərdoğandan sonra, yəni onun varisi kim olacaq sualı ətrafında müzakirələr aparılır. Bu kontekstdə Hakan Fidanın, İbrahim Kalının, oğlu Bilal Ərdoğanın və kürəkəni Səlcuq Bayraktarın adları çəkilir.

Hətta belə iddialar da var ki, hakim Ədalət və İnkişaf Partiyası daxilində bu fiqurlar arasında üstünlük məsələsi müəyyən ziddiyyətlər yarada bilər və gələcəkdə partiya daxilində parçalanmaya səbəb ola bilər".

Onun sözlərinə görə, hələlik parçalanma gözlənilmir:

"Lakin hazırkı mərhələdə mən bu müzakirələrin Türkiyədə ciddi siyasi parçalanmaya gətirib çıxaracağını düşünmürəm. Çünki bir neçə gün əvvəl AKP təmsilçiləri açıq şəkildə bəyan etdilər ki, 2028-ci il seçkilərində Ərdoğanın daha yüksək səslə qalib gəlməsi üçün çalışacaqlar. Üstəlik, Prezident Ərdoğan özü hələ seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı mövqeyini açıqlamayıb".

Politoloq qeyd edib ki,  müzakirələr daha çox ictimai rəyi ölçmək üçündür:

"Bu müzakirələr daha çox cəmiyyətin nəbzini yoxlamaq, ictimai reaksiyanı ölçmək və ictimai fikri müəyyən istiqamətə yönəltmək xarakteri daşıya bilər. Yəni söhbət sabah baş verəcək real proseslərdən getmir. Nə Türkiyə Prezidenti, nə də hakim partiya növbədənkənar seçki ehtimalını gündəmə gətirib. Rəsmi mövqeyə görə, seçkilər vaxtında keçiriləcək".

Analitikin fikrincə, həmin müddətədək konstitusiya dəyişikliyi və ya siyasi-hüquqi addımların atılması ehtimalı da tam istisna olunmur. Yalnız bu cür dəyişikliklərdən sonra vəziyyət daha aydın görünə bilər.

Şakir Ağayev sonda vurğulayıb ki, rəsmi addım olarsa, AKP-nin seçimi xalqın mövqeyi ilə bəlli olacaq: 

"Bu gün üçün real addımlar atılmır. Bəli, adı çəkilən şəxslər ictimai rəy baxımından sınaqdan keçirilir, cəmiyyətin onlara münasibəti ölçülür. Amma hazırda bu məsələ hakim partiya üçün ciddi daxili problem hesab edilmir. Əgər rəsmi qərar elan olunarsa, o zaman AKP-nin hansı fiqura daha çox istinad etdiyi aydınlaşacaq. Şübhəsiz ki, bu prosesdə xalqın mövqeyi və ictimai rəy əsas amillərdən biri olacaq". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər